“Airthings Masters” onlayn şahmat turnirində qazandığı parlaq qələbədən sonra, Teymur Rəcəbov turnirin rəsmi səhifəsinə qısa açıqlama verdi.
Teymur Rəcəbov: «Belə tezliklə Böyük finala vəsiqə qazandığım üçün xoşbəxtəm. İli bundan gözəl başlamaq mümkün deyildi. Təbii ki, bu yarış ağır keçdi. Mənim bütün enerjimi aldı. Mən özümü Dünya Kubokundan sonra olduğu kimi çox yorğun hiss edirəm».