Norveçin Stavanger şəhərində ənənəvi “Norway Chess” superturniri davam edir. Dünyanın şahmat elitasının cəmləşdiyi turnirdə ölkəmizi hazırda dünya üçüncüsü olan Şəhriyar Məmmədyarov təmsil edir. Təssüf ki Məmmədyarov bu turnirdə hələ ki ideal formasını göstərə bilmir. 6 turdan sonra Şəhriyar cəmi 2.5 xal toplayaraq hazırda turnirdə 4-8 yerləri bölüşdürür. Norveçli Maqnus Karlsen 6-cı turda amerikalı Vesli Souya məğlubiyətə baxmayaraq turnirin vahid lideri ünvanını qoruya bildi. Ondan cəmi yarım xal geri qalan Vesli So və Levon Aronyan 2-3 pillələri bölüşdürürlər. Bu gün turnirdə istirahət günüdür. Qeyd edək ki turnirin qedişində çinli Dinq Liren velosipetdən yıxılaraq xəsarət alıb. Xəsarət kifayət qədər ciddi olduğundan çinli şahmatçı turnirdəki çıxışını dayandırmalı oldu. Sabah keçiriləcək növbəti 7-ci turun oyununda Şəhriyarın rəqibi amerikalı Vesli So olacaq.
7-ci tur 5 iyun 2018
Məmmədyarov (Azərbaycan) – So (ABŞ)
Karyakin (Rusiya) – Aronyan (Ermənistan)
Karuana (ABŞ) – Nakamura (ABŞ)
Vişyer-Laqrav (Fransa) – Anand (Hindistan)
CANLI YAYIM