SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Yorden Van Forrest kimdir? (DOSYE)

Yanvarın 31-də dünyanın ən mötəbər şahmat superturnirlərindən biri hesab olunan "TATA STEEL MASTERS"-in qalibi olmaqla özündən bütün dünyada söz etdirən Yorden Van Forresti yaxından tanıyaq.

Yorden Van Forrest, 1999-cı ilin aprelin 30-da Niderlandın Utrext şəhərində anadan olub. Niderlandın başqa bir şəhərində, Qroningendə böyüyüb başa çatan Van Forrest, 9 yaşında şahmatla ciddi məşqul olmağa başlayıb. Və artıq 2014-cü ildə Beynəlxalq usta (İM), 2016-cı ildə isə Qrossmeyser (GM) adına yiyələnmişdir. Veyk-an- Zee turnirindəki qələbəyə qədər Yordenin ən böyük uğuru 2020-ci ildə "Prague Open"-də qələbəsi sayılırdı. 


 Yorden dərin şahmat ənənəsi olan ailədə doğulub. Onun ulu babası Arnold Van Forrest və babsının qardaşı Dirk Van Forrest 19-cu əsrin sonlarında, 20-ci əsrin əvvələrində Niderlandın ən güclü şahmatçılararından hesab olunurdular. Arnold 1889,1893 və 1902-ci ildə, Dirk isə 1885,1886 və 1887-ci ildə Niderland çempionu olmuşdurlar. 


 


Van Forrestlər ailəsi Avropa standartlarına görə kifayət qədər böyük ailə hesab olunur. Yordinin dörd qardaşı və bir bacısı var. Ailə başçısı olan Nikki Van Forrest Qroningen Universitetinin Biznes və İqtisadiyyat fakültəsində çalışır. Yordenin anası Şila Timp isə həkim və proqramçıdır. 

  Van Forrestlər ailəsində bütün uşaqlar şahmatla məşqul olur. Yordenin balaca qardaşı Lukas da 2018-ci ildə Qrossmeysterdir (GM)Niderlandın ən güclü şahmatçıılarından biri hesab olunur. 14 yaşlı bacısı Mahteld 9 yaşında olarkən 20 yaşadək qızlar arasında Niderland çempionu olmuşdur, bundan əlavə o 10 yaşadək qızlar arasında ölkə çempionu adını qazanmışdır. 



 Yorden özü isə, 2013-cü ildə 14 yaşadək şahmatçılar arasında Avropa çempionu olmuşdur. Bundan əlavə o 2016-cı ildə Niderland çempionu olmuşdur. Van Forrestin məşqçisi tanınmış şahmat mütəxəssisi, üçqat Niderland çempionu olan Sergey Tivyakovdur. 


 Yorden Van Forrestin sevgilisi də şahmatçıdır. Almaniyalı şahmatçı Sonia-Mariya Blyumla münasibəti olan Van Forrest hələ ki, rəsmi nigaha girməyib.
 Yorden ilk dəfə 2019-ci ildə "TATA STEEL" şahmat festivalının əsas turnirində iştirak etmişdir və 14 şahmatçı arasında 13-cü olmuşdur. Onun bu turnirdə ikinci çıxışı isə, daha uğurlu alındı. 2019-ci ildə keçirilən "TATA STEEL MASTER" şahmat turnirində Yorden Fabiano Karuana, Maqnus Karlsen  Uesli Soudan sonra, dördüncü pillənin sahibi olmuşdur. Üçüncü çıxışı isə, turnirdəki parlaq qələbəsi ilə nəticələndi. 

 Onu da qeyd edək ki, Yorden Van Forrest 36 ildən sonra bu turnirdə qalib gələn ilk Niderlandlı şahmatçısı oldu. Turnirdə qələbə qazanan son niderlandlı uzaq 1985-ci ildə əfsanəvi Yan Timman olmuşdur. Əminliklə söyləmək olar ki, cəmi 22 yaşı olmasına baxmayaraq baxımlı və məhsuldar oyun sərgiləyən Yorden Van Forresti irəlidə daha böyük uğurlar gözləyir. 





скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss