SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Almaniya da Naydiçi istəmir

2021-ci ilin əvvəlində Azərbaycan Şahmat Federasiyası ilə imzalanmış müqaviləsinə xitam verilən Milli komandamızın artıq keçmiş üzvü Arkadi Naydiç, özünə yeni ölkə tapa bilmir.
Chess.az xəbər verir ki, 2015-ci ildə Almaniya yığmasında çıxış etməkdən imtina edərək Azərbaycan millisinin şərəfini qorumağa başlyan Arkadiy Naydiç, beş illik "Azərbaycan macərasından" sonra hal hazırda heç bir federasiyanı təmsil etmir. Nayd millimizdən ayrıldıqdan sonra, yenidən Almaniya yığmasına qayıtmağa arzusuna düşsə də, onun bu istəyi baş tutmadı. Almaniya Şahmat Federasiyasını prezidenti Ulrix Krauze Naydiçin ona rəsmi şəkildə ünvaladığı Almaniya bayrağı altında qayıtmaq istəyinə mənfi cavab verib. Gözlənilməz rədd cavabı alan Naydiç bu qərara hiddətlənərək Almaniya Şahmat Federasiyasını məhkəmə ilə hədələyir. Almaniya mətbuatına müsahibə verən Naydiç bunları deyib :"Almaniya Şahmat Federasiyasının məndən imtina etməsi qəbuledilməzdir. Mən öz vəkilim vasitəsilə bu məsələni aydınlaşdırmağa çalışacam" 
Qeyd edək ki, Latviyada anadan olan Naydiç, hal hazırda israilli həyat yolddaşı ilə birlikdə Yunanıstanda yaşayır.   скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss