SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Erməni şahmatçının "Burberry" ayaqqabıları cəriməyə səbəb oldular

Erməni əsilli Niderland şahmatçısı Anna-Maya Qazaryanın ötən ilin sonunda Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Rapid və Blitz üzrə dünya çempionatında yaşadağı qalmaqal hələ də səngimək bilmir. 

 Bu dəfə Qazaryanı keçmişdə məşhur şahmatçılardan biri olan Susan Polqardan dəstək mesajını alıb. Polqar "X" sosial şəbəkəsində paylaşdığı statusda FİDE-ni ikili standartlarda günahlandırdı: "Qadın oyunçunun bu ayaqqabısına icazə verilmədi və o, 100 avro cərimələndi. Amma yarışda idman ayaqqabılarını geyinən çoxlu kişi şahmatçı var idi. Bunu şəkillərdə də görmək mümkündür. Sizcə bu ikili standart deyil mi?"   

 
   Qeyd edək ki, dekabrın 27-də şahmatçı dünya çempionatının keçirildiyi məkana daxil olarkən, hakimlər onu saxlayıb və ayaqqabılarının FİDE-nin "dress code"-na uyğun gəlmədiyini bildiriblər. Daha sonra şahmatçı 100 avro məbləğində cərimələnib və zala bu ayaqqabı ilə buraxılmayıb. Şahmatçı yalnız otelə dönüb, orada ayaqqabısını dəyişdikdən sonra, oyunların keçirildiyi məkana daxil ola bildi. Şahmatçı özü məsələ ilə bağlı bunları demişdir : "Bu hadisə mənim üçün bütün turniri məhv etdi. Mən həmin gün nə yaxşı yata bildim nə də ki, yemək yeyə bildim. Bir ayaqqabıya görə mənə qarşı edilən bu qeyr-insani rəftər doğrudur mu?". 

   Məsələ ilə bağlı FİDE hələ ki, rəsmi mövqeyini bildirməsə də (əslində bildirməyə də bilər), Ali şahmat qurumunun reqlamentinin 4.10.1 məddəsində geyimlə bağlı bənd var və o maddəyə son illər xüsusilə Dünya və qitə birinciliklərdə çox ciddi riayət olunduğunu heç kimə sirr deyil. 

   

     скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss