SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Mahir Məmmədov: "Nicatın yarışa layiqincə hazırlaşması üçün proqram üzrə bütün işlər görülür”

Azərbaycan Şahmat Federasiyasının  prezidenti Mahir Məmmədov qurumun rəsmi saytına açıqlamasında, aprel ayında Kanadanın Toronto şəhərində start götürəcək "İddiaçılar turnirində" təmsilçimiz Nicat Abasovun həmin yarışa hazırlığıyla bağlı xüsusi proqramın tərtib olunduğunu bildirib: "FIDE tərəfindən İddiaçılar Turniri yaranandan Azərbaycan şahmatçıları əksər yarışlarda iştirak edib. Mütəmadi olaraq Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov İddiaçılar Turnirində mübarizə aparıb, hətta qalib gəlməyə yaxın olublar. Şəhriyar Berlində qalibiyyətin bir addımlığında olduğu halda ikinci yeri tutdu. Teymur Madrid şəhərindəki turniri üçüncü yerdə başa vurdu. Bu yarışdan sonra Maqnus Karlsen dünya çempionu titulunu qorumaqdan imtina etdi və İddiaçılar Turnirində ilk iki yeri tutan şahmatçılar çempionluq uğrunda mübarizə apardı.
Bu il növbəti dəfə Azərbaycan şahmatçısı İddiaçılar Turnirində yarışacaq. Nicat Abasov Dünya Kubokundakı çıxışıyla mötəbər turnirdə iştiraka layiq olduğunu göstərdi. Maqnus Karlsen imtina etmədən öncə belə Nicat bu yarışda iştirakı haqq etdiyini düşünürdüm. Yadınızdadırsa Dünya Kubokunda üçüncü yer uğrunda görüşün ilk partiyasında Nicat Fabianoya qalib gəldi, sonradan təzyiqə davam gətirə bilmədi və üçüncü yerin bir addımlığında dayandı.
Azərbaycan Şahmat Federasiyasıyla birgə hazırlıq planı tərtib olunub. Bildirmək istəyirəm ki, Nicatın yarışa layiqincə hazırlaşması üçün proqram üzrə bütün işlər görülür”.


(Asf.org.az)
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss