SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Əvvəlki əzəməti qalmayan "Naxçıvan Open" başa çatdı

Naxçıvanda Muxtar respublikanın 100 illiyinə həsr olunmuş “Naxçıvan Open 2024” beynəlxalq şahmat turniri başa çatdı.

  2011-ci ildən başlayaraq keçirilən və dünya şahmat təqvimində özünəməxsus yeri olan "Naxçıvan Open" getdikcə öz əzəmətini itirməkdədir desək, yanılmarıq. Müxtəlif illərdə ən güclü yerli şahmatçılarımızla yanaşı, Aleksandr Xalifman, Rüstəm Qasımcanov, planetin ən güclü qadın şahmatçısı Xu Yifan, Anton Korobov, Timur Qareyev və hətta Əlirza Firuzca kimi bu günün ulduzlarının iştirak etdiyi superturnirdən artıq əsər-əlamət qalmayıb. 


   2020 və 2021-ci illərdə pandemiyaya görə keçirilməyən turnir, növbəti dəfə 2022-ci ildə keçirildi. Həmin yarışda dörd ölkədən 210 şahmatçının iştirak edib. 2023-cü ildə isə yarış ümumiyyətlə keçirilmədi. Builki yarışa gəlincə, "Naxçıvan Open 2024"-də cəmi 62 şahmatçı iştirak edir və onların da 61-i Azərbaycanı təmsil edir. İştirakçılar arasında yalnız bir şahmatçı, Efe Özdemir qonşu Türkiyəni təmsil edir. Yarışın ümumi mükafat fondu isə cəmi 4 000 manat təşkil edir. Görünən odur ki, ölkəmizdə ənənəvi keçirilən ən böyük Openlərdən biri tarixin yaddaşına köçməyə yaxındr. 

  "Naxçıvan Open 2024"-ün nəticələrinə gəlincə, yarışda gələbəni doqquz turdan 7.5 xal toplayan Toğrul Həsənzadə bayram etdi. Onunla eyni xal toplayan və yalnız əlavə göstəricilərə görə Həsənzadədən geri qalan Fariz Əhmədov ikinci, aktivində 7 xalı olan Pərviz Qasımov isə turniri üçüncü  başa vurublar. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss