SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FIDE Nicat Abasov fərqləndirdi

FİDE-nin rəsmi Feysbuk səhifəsi 2023-cü il ərzində dünya şahmatında iz buraxmış şahmatçılarla bağlı məqalə dərc edib.

 Sevindirici haldır ki, məqalədə adı keçən üç şahmatçıdan biri, həmyerlimiz Nicat Abasov oldu.  Məqalədə Nicatın 2023-cü ildə çıxışı haqda bunlar deyilir :"Dünya Kubokunda 206 şahmatçı arasında mübarizəyə 69-cu pillədən başlayan Nicat Abasov, sonda yarımfinala qədər yüksələ bildi. Bura qədər o, Rodvel Makootu, Loran Fressinyeni, Aniş Girini, Petr Svidleri, Salex Salemi və Vidit Santos kimi güclü şahmatçıları mübarizədən kənarlaşdırdı. Abasov yarımfinalda kubokun gələcək qalibi olacaq Maqnus Karlsenə məğlub oldu. 3-4-cü yerlər uğrunda matçda isə, Nicat Fabiano Karuana ilə qarşılaşdı. O ilk partiyanı qazandı, lakin ikinci partiya və sonrada keçirilən tay-breklərdə məğlub olaraq sonda yalnız dördüncü ola bildi. Buna baxmayaraq Maqnus Karlsenin "İddiaçılar turnirinə" yollanmaqdan imtina etməsi nəticəsində Nicat həmin turnirdə iştirak etmək hüququnu qazandı".

  Nicat Abasovda başqa FİDE-nin fərqləndirdiyi şahmatçılar arasında bolqar Nurgül Səlimova və rus şahmatçı Anastasiya Bondaruk da yer aldılar. 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss