SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Niyə də yox? Və ya Nicatdan "İddiaçılar turnirində" nə gözləyək?

Nəhayət ki, çoxdandır gözlənilən xəbəri aldıq. Nicat Abasov rəsmi olaraq "İddiaçılar turniri 2024"-ün iştirakçısı oldu.

  Düzdür, bu hələ avqust ayında Bakıda başa çatmış Dünya Kubokundan sonra məlum idi. Lakin məsələnin tam rəsmiləşməsi üçün, Bakıdakı Dünya Kubokunun qalibi olmuş Maqnus Karlsenin "İddiaçılar turnirində" iştirak etmək istəməməsi ilə bağlı FİDE-yə rəsmi müraciəti olmalı idi və o, həmin müraciəti nəhayət ki, ötən həftə FİDE-yə ünvanladı.  

Bəs biz bu turnirdə Nicatdan nə gözləyək? 

  Təəsüf ki, həmyerlimiz Nicat Abasov sözügedən turnirin aşkar autsayderidir. Abasov hazırda dünya reytinq sıralamasının 100-cü pilləsində qərarlaşıb. Onun rəqibləri Fabiano Karuana isə 2-ci, Hikaru Nakamura 3-cü, Yan Nepomnyaşiy 5-ci, Əlirza Firuzca 6-cı, Praqanandhaa 13-cü, Vidit Santoş 14-cü, Qukeş isə 25-dir. Amma hər işdə bir xeyir var deyərlər. Bəlkə də məhz bu amil Nicata rəqiblərinə nisbətən daha rahat oynamağa imkan verəcək. Abasov rəqiblərinə nisbətən üzərində daha az təzyiq hiss edəcək. Çünki Nicatın bu yarışda hansı nəticə göstərməyindən asılı olmayaraq onu çətin ki tənqid edən tapılar. Razılaşaq ki, bu turnirdə iştirak etməyin özü elə nəyə desən dəyər. Belə şans Nicat səviyyəsində şahmatçılar üçün həyatda ya bir dəfə olur, ya da heç olmur. Bir sözlə aprelin 3-dən 25-dək Kanadanın Toronto şəhərində həmyerlimizi çox ağır oyunlar gözləyir. Ümid edək ki, Nicat ən azından bu şansı maksimum dəyərləndirməyə çalışacaq. Niyə də yox?  

  Nicat artıq uzun müddətdir ki, 
"İddiçılar turnirinə" hazırlıqlarına start verib. Təəsüf ki, ötən ilin sonlarında "Grand Swiss" və Azərbaycan yığmasının heyətində Avropa Çempionatına qatılan Abasovun orada göstərdiyi nəticələr onun hələ çox işləməli olduğunu göstərdi. İrəlidə hələ üç aydan biraz artıq vaxt. Və sössüz ki, Nicat var gücü ilə, durmadan işləməlidir. Çünki onun Avropa çempionatında göstərdiyi oyunla, "İdidaçılar turnirində" nəinki ümumi qələbə, xal qazanmağı belə çətin olacaq. Abasov yalnız bu yarışa həyacanını boğub və bacardığının maksimunu ortaya qoyacağı təqdirdə yüksək yerlər uğrunda mübarizədə apara bilər. Unutmayaq ki, Bakıda keçirilmiş Dünya Kubokunda da Nicat Abasovdan çoxları ciddi uğur gözləmirdi. Lakin Nicat adlı sanlı rəqibləri bir bir sıradan çıxararaq, sonda Dünya Kubokunu dördüncü pillədə başa vura bildi. Bu onun göstəricisidir ki, Abasov lazım olan anda toparlanıb nəticəyə oynamağı bacaran şahmatçıdır. Qeyd etdiyimiz kimi onu üzərində əlavə təzyiq olmadığından o digər şahmatçılara nisbətən özünü bu yarışda daha komfortlu hiss edəcək.
 
  Federasiyanın da şahmatçımızın uğur qazanması üçün səfərbər olması çox vacibdir. AŞF bu istiqamətdə indiyədək hansı işlərin görüldüyünü və görəcklərini geniş ictimaiətə açıqlamasa da, əminliklə söyləmək olar ki, başda Mahir Məmmədov olmaqla AŞF Nicatın bu turnirdə uğurlu çıxış etməsi üçün əllərindən nə gəlirsə edəcək. 

  Bizə isə yalnız şahmatçımıza azarkeşlik etmək qalır. Ümid edək ki, sonda Nicat bizi sevindirəcək. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss