SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Tata Steel Chess 2024": Firuzca vahid liderdir (CANLI)

Yanvarın 13-də Niderlandın Veyk-an-Zee şəhərində ənənəvi "Tata Steel Chess" şahmat superturniri start götürdü.

CANLI

  Chess.az xəbər verir ki, artıq 86-cı dəfədir ki keçirilən Veyk-an-Zee şahmat festivalı bu il də olduqca güclü şahmatçıların iştirakı ilə zəngindir. Yarışda dünya çempionu Dinq Liren, apreldə "İddiaçılar turnirində" şahmatçımız Nicat Abasovun rəqibləri olacaq Əlirza Firuzca,Vidit Santoş, Qukeş, PraqanandhaaYan Nepomnyaşiy kimi güclü şahmatçılar iştirak edirlər. 

   Qeyd edək ki, bu il bu mötəbər yarışda bir qadın şahmatçı da iştirak edir. Qadınlar arasında hazırki Dünya çempionu çinli Yu Venyun da təşkilatçılar tərəfindən turnirə dəvət alanlar sırasındadır. Artıq yarışın ilk iki turu arxada qaldı. Yarış cədvəlinə ilk iki oyunu qələbə ilə başa vurmuş Fransanı təmsil edən Əlirza Firuzca başçılıq edir. Firuzca ilk turda niderlandlı Yorden Van Forresti, ikinci turda isə köhnə komanda yoldaşı, iranlı Parham Maqsudlunu yenərək liderliyə yiyələndi. 

   Qeyd edək ki, 14 şahmatçının qatıldığı yarış yanvarın 28-də başa çatacaq. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss