Amerikalı qrossmeyster Rey Robson şahmat tapmacaları üzrə "G.O.A.T. of Puzzle Rush" dünya çempionatını qalibi oldu.
Chess.az xəbər verir ki, bu tipli dünya çempionatları 2020-ci ildən keçirilir. Maraqlısı odur ki, indiyədək keçirilmiş bütün tapmacalar üzrə dünya çempionatlarının qalibi məhz Rey Robson olub. Bu Robsonun ardıcıl beşinci çempionluğu oldu. Finalda o 14 yaşlı həmyerlisi Endi Vudvordu məğlub edib.
Qeyd edək ki, bu yarışda amerikalı qrossmeysterlər Hans Niman, Cefri Ksionq, hindistanlı Pranav və Raunak Sadxvani kimi güclü şahmatçılar da iştirak ediblər.