SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"İddaçılar turniri": Karuana qalib olmaq şansını itirdi

Rusiyanın Yekaterinburq şəhərində "İddiaçılar Turniri" davam edir.
 Chess.az xəbər verir ki, bu gün mötəbər yarışın 12-ci turun oyunları keçirildi. Şahmat azarkeşlərinin gözlədiyindən fərqli olaraq tur çox məhsuldar alındı. Adətən bu tip turnirlərdə, xüsusilə onların son turlarında şahmartçılar daha ehtiyatlı oynayır və bu üzdən belə hallarda çoxlu bərabərliklər qeydə alınır. Amma "İddaçılar Turniri"-nin 12-ci turu belə olmadı. Tur çərçivəsində keçirilən beş qarşılaşmanın heç birində bərabərlik qeydə alnmadı. Ən maraqlı nəticə isə ABŞ şahmatçısı Fabiano Karuana ilə Niderland təmsilçisi Aniş Giri arasında keçirilən oyunda qeydə alındı. Turnirdə ümumi qələbəyə əsas namizəd kimi göstərilən Karuana, gözlənilmədən möhtəşəm formada olan Aniş Giriyə məğlub olub. Bu məğubiyyət Karuananın birinci olmaq arzusunun üstündən xətt çəkdi. Turnir cədvəlinin vahid lideri olan rusiyalı Yan Nepomnyaşiy isə, qara fiqurlarla çinli Vanq Xaonu məğlub edərək öz iddiasını davam etdirdi. Bu gün qeydə alınan nəticələrdən sonra yarışın sonuna iki tur qalmış ümumi qələbəyə yalnız üç namizəd qalıb. Bunlar aktivində 8 xalı olan Yan Nepomnyaşiy, ondan yarım xal geri qalan Aniş Giri və teoretik olaraq şansını sürdürən fransız Maksim Vaşye-Laqrafdır. Sabah turnirdə fasilə olacaq. Aprelin 26 və 27-si isə yarışın son iki turun oyunları baş tutacaq.  


Turnir cədvəli (1o turdan sonra): 1.Nepomnyaşiy - 8, 2.Giri - 7.5, 3.Vaşye-Laqraf - 6.5, 4.Karuana - 6, 5.Qrişyuk - 5.5, 6-7.Vanq Xao, Dinq Liren - 5, 8Alekseyenko -4.5.

Oyunlar(CANLI):
26 aprel - 13 tur
27 aprel - 14 tur
28 aprel - Tay-Brek (əgər lazım olarsa)
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss