SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"FTX Crypto Cup": Teymur Rəcəbovdan uğurlu start, Şəhriyar Karuananı məğlub etdi (CANLI.YENİLƏNİR)

Dünən dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” Onlayn şahmat seriyasının altıncı turniri olan “The FTX Crypto Cup” start götürdü.   



PARTİYALAR (canlı)

  Chess.az xəbər verir ki, dünən axşam saaatlarında həmyerlilərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun da qatıldığı yarışın ilk beş turu keçirildi. Teymur Rəcəbov ilk beş turda 3 xal toplayaraq ilk oyun günündən sonra turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 

  Digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə ilk oyun gününə çox pis başladı. İlk üç turda məğlub olan Məmmədyarov, yalnız son iki turda özünə gəlməyə başladı. Dördüncü turda rusiyalı Petr Svidlerlə bərabərə qalan Şəhriyar, günün son matçında dünyanın ikincisi şahmatçısı olan ABŞ təmsilçisi Fabiano Karuananı məğlub etdi. Bu gün onlayn turnirin növbəti beş turur keçiriləcək. Qeyd edək ki, 15 turdan sonra turnir cədvəlində ilk səkkiz yeri tutmuş şahmatçı 1/4 finala vəsiqə qazanacaqlar. Şəhriyarla Teymurdan başqa yarışda dünya çempionu norveçli Maqnus Karlsen, Hikaru Nakamura, Fabiano Karuana, Uesli So (hamısı ABŞ), Alireza Firuzca (FİDE), Pyotr Svidler, Yan Nepomnyaşi, Aleksandr Qrişuk, Daniil Dubov (hamısı Rusiya), Levon Aronyan (Ermənistan), Maksim Vaşye-Laqrav (Fransa), Alan Piçot (Argentina), Aniş Giri (Niderland) və Dinq Liren (Çin) iştirak edirlər. Turnirin mükafat fondu 220 000 ABŞ dolları və 100 000 dollar dəyərində "Bitkoin" bonus olacaq.
  Xatırladaq ki, “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək. Seriyanın ümumi mükafat fondu isə 1 500 000 ABŞ dolları təşkil edir. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss