SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rəsmi: Teymur Rəcəbov "İddiaçılar turnirində"!

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov və Beynəlxalq Şahmat Federasiyası (FİDE) arasında "İddiaçılar Turniri 2020" ətrafında yaranan narazılığl bağlı nəhayət ki, kompromisə gəlindi.

   Chess.az xəbər verir ki, FİDE nəhayət ki, Teymur Rəcəbovla 2020-ci ilin əvvəlində "İddiaçılar turniri" ətrafında yaranan narazılığa son qoyub. Xatırladaq ki, ötən ilin mart ayında Teymur Rəcəbov dünyada hökm sürən COVİD-19 pandemiyası üzündən FİDE-yə "İddiaçılar turnirini" başqa vaxta təxirə salmağa təklif etmişdi. FİDE isə bu təklifə sərt reaksiya verərək Teymuru turnirdən uzaqlaşdırmaq barədə qərar qəbul etmişdir və onun əvəzinə turnirə fransız Maksim Vaşye-Laqrafı dəvət etmişdir. Uzun sürən narazılığın sonunda tərəflər kompromisə gəliblər və dünən isə Ali şahmat qurumu rəsmi olaraq Teymurun 2022-ci ildə "İddiaçılar turnirində" iştirak edəcəyini bəyan etdi. Teymurdan başqa turnirdə dekabr ayında dünya çempionu adı uğrunda matçın məğlub oyunçusu (Karlsen-Nepomnyaşiy), 2021-ci ilin avqust ayında adı müəyyənləşəcək Dünya Kubokunun qalibi və finalçısı, noyabr ayında Men adasında keçiriləcək "Grand Swiss 2021"-də ilk iki yeri tutan şahmatçı və "Qran Pri" seriyasının nəticələrinə görə ilk iki yeri tutuan şahmatçı iştirak edəcəklər.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss