SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şəhriyar, Rauf, Nicat və Namiq Fransa Çempionatında!

Sabah Fransanın Şalons-En-Şampan şəhərində klublar arasında Fransa çempionatı start götürəcək.
Chess.az xəbər verir ki, 12 klubun iştirak edəcəyi çempionat iyulun 4-dək davam edəcək. Sevindirici haldır ki, çempionatda bir çox tanınmış şahmatçı ilə yanaşı, azərbaycanlı şahmatçılar da iştirak edəcək. Belə ki, "Bischwiller" klubunun iştirak ərizəsində bir nömrəli şahmatçı kimi sifariş edilən Şəhriyar Məmmədyarov, həmin klubda çıxış edəcək "eks-azərbaycanlı" Arkadiy Naydiç (hələ də Azərbaycan bayrağı altında çıxış edir), "Grasse Echess" klubunun bir nömrəsi olacaq yığmamızın digər üzvü Nicat Abbasov, "Chartres Echess" klubunda çıxış edəcək Rauf MəmmədovNamiq Quliyev, Fransa çempionatında Azərbaycanı təmsil edəcəklər. Çempionat dairəvi sistem üzrə keçiriləcək və 11 turdan ibarət olacaq. Şahmatçılarımızla yanaşı  Fabiano Karuana, Aniş Giri, Maksim Vaşye-Laqraf, Aleksandr Qrişyuk, Əlirza Firuzca, Vanq Xao, Pentala Harikrişna, Yorden Van Forrsset, Cefri Ksionq, Veselin Topalov, Vasiliy İvançyuk və digər tanınmış şahmatçılar iştirak ərizələrinə daxil edilib.     
CANLI
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss