SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Mişra şahmat tarixinin ən gənc qrossmeysteri oldu!

ABŞ-nı təmsil edən 12 yaşlı Abximanyu Mişra dünya şahmat tarixinin ən gənc qrossmeysteri oldu.

Chess.az xəbər verir ki, 2009-cu ilin fevralın 9-da (12 yaş, 4 ay, 25 gün) anadan olan hind əsilli Mişra, indiyədək bu rekordu sahibi olan rusiyalı Sergey Karyakini keçdi. Qeyd edək ki, Karyakin 12 yaş, 7 aylıq olanda bu rekorda imza atmışdır və düz 19 il idi ki, bu göstəriciyə görə şahmat tarixinin rekordçusu idi. 
Və nəhayət 19 il sonra onun rekordunu təzələyən bir şahmatçı tapıldı. ABŞ-ın Nyu-Cersi ştatından olan 12 yaşlı Mişra, Budapeştdə keçirilmiş ardıcıl turnirlərdə iştirak edərək orada üçüncü qrossmeyster normasını və qrossmeyster titulu üçün lazım olan ELO reytin xallarını toplayaraq tarixə düşməyə bacardı. Hal-hazırda aktivində  2504 xalı olan Mişra, Sergey Karyakindən şahmat tarixinin ən gənc qrossmeyster adını aldı. 
Karyakin özü Mişranın bu uğurunu belə şərh edib :"Düzdür, artıq rekordçu hesab olunmamağım üçün biraz kədərlənirəm. Amma eyni zamanda Mişranı təbrik edirəm. Uzun müddət idi ki, bu rekord mənə məxsus idi amma bilirdim ki, gec-tez kimsə onu təzələyəcək. Ümid edirəm ki, Mişra güclü bir şahmatçı olacaq və ona gələcək karyerasında uğrular arzu edirəm". 




скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss