SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdür

İyulun 2-si dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur. 

1995-ci ildən başlayaraq Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) təşəbbüsü ilə bu gün xüsusi gün kimi qeyd edilir.  1924-cü il iyulun 2-də Parisdə keçirilmiş beynəlxalq idman mətbuatı nümayəndələrinin konqresində peşəkar təşkilat – Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının yaradılması barədə qərar qəbul edilib. AIPS beynəlxalq mətbuatla idmançılar və sponsorlar arasında vasitəçilik edir, yeni idman jurnalistləri üçün iclaslar və seminarlar təşkil edir.
İdman jurnalistikası müasir cəmiyyətin həyatında böyük rol oynayır. İdman ümumi diqqət və maraq predmeti olmaqla yanaşı, gənclərin tərbiyəsində, insanların sağlamlığında, dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində vacib amildir. İdman xalqlar arasında qarşılıqlı anlaşmaya, dostluğun və sülhün möhkəmləndirilməsinə kömək edir. Hadisələrin mərkəzində olan, bədən tərbiyəsi və idmanın problemlərindən bəhs edən idman jurnalistləri həmin problemlərin həllinə fəal kömək edirlər.
Ölkəmiz də daxil olmaqla hazırda dünyanın 130 ölkəsi AIPS-də təmsil olunur. AIPS-in fəal üzvlərindən olan Azərbaycan 2014-cü ildə qurumun 90 illik yubileyinə həsr olunan 77-ci konqresinə ev sahibliyi edib.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss