SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya Kuboku 2021: Son təmsilçimiz də mübarizəni dayandırdı

Bu gün Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kubokunun 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçirildi.
CANLI
 Chess.az xəbər verir ki, dünən hindistanlı rəqibi Vidit Santosla heç-heçə edən kubokda qalan yeganə təmsilçimiz Vasif Durarbəyli, təəsüf ki, cavab matçında rəqibinə məğlub olaraq Dünya kuboku uğrunda mübarizədən kənarda qaldı. Məğlubiyyətdən sonra, Vasif öz Feysbuk səhifəsində paylaşım edərək ona dəstək verən hər kəsə təşəkkürünü bildirib və gələcəkdə daha böyük nailiyyətlər əldə etmək üçün çalışacağını dedi : "Bu gün mənim üçün Dünya Kubokunun sonuncu günü oldu. Çox maraqlı və gərgin oyunlar keçdi. Xeyli təcrübə qazandım. Öyrənməyə davam! Mənə dəstək verən tanıdığım və tanımadığım hər kəsə minnətdarlığımı bildirirəm"  


1/8 final mərhələsi 

Santos Vidit (Hindistan)- Vasif Durarbəyli (Azərbaycan) 0.5:0.5; 1:0
Maqnus Karlsen (Norveç)- Andrey Yesipenko (Rusiya) 0.5:0.5 ; 0.5:0.5 
Etyen Bakrot (Fransa)-Kasper Pirun (Polşa) 0.5:0.5 ; 0.5:0.5 
Aleksandr Qrişyuk (Rusiya) - Yan-Kşıştof Duda (Polşa) 0.5:0.5 ; 0.5:0.5 
Vladimir Fedoseyev (Rusiya)-Velimir İviç (Serbiya) 0.5:0.5 ; 0.5:0.5 
Amin Tabataei (İran)- Haik Martorosyan (Ermənistan) 0:1; 1:0
Maksim Vaşye-Laqraf (Fransa)-Serhey Karyakin (Rusiya) 0.5:0.5 ; 0.5:0.5 
Petr Svidler (Rusiya)-Sem Şenkland (ABŞ) 0.5:0.5 ; 0:1


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss