SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya Kuboku 2021: Karlsen finala çıxa bilmədi, Kostenyuk isə Dünya kubokunun qalibi oldu!

Rusiyanın Soçi şəhərində davam edən şahmat üzrə Dünya Kubokunun qadınların yarışında qalibin, kişilərin turnirində isə finalçıların adları  məlum oldu.

 Chess.az xəbər verir ki, dünən başa çatan 1/2 final mərhələsindən sonra, polyak Yan-Kşıştof Duda və meydan sahibi rusiyalı Sergey Karyakin kubokun finalına vəsiqə qazanıblar. Qeyd edək ki, Duda yarımfinalda dünya çempionu Maqnus Karlseni məğlub etdi. Yarımfinalda məğlub olan Maqnus Karlseni isə 3-4-cü yerlər uğrunda final qarşılaşmasında rusiyalı Vladimir Fedoseevlə üz-üzə gələcək.

 Qadınların turniri isə eks-dünya çempionu Aleksandra Kostenyukun qələbəsi ilə başa çatdı. Aleksandra final matçında həmyerlisi Aleksandra Qoryaçkinanı məğlub edərək dünya kubokunun sahibəsi oldu. 

Final.Kişilər.
Yan-Kşıştof Duda (Polşa) Sergey Karyakin (Rusiya) 


Final (3-4-cü yer). Kişilər.
Maqnus Karlsen (Norveç) - Vladimir Fedoseyev (Rusiya)



Final. Qadınlar.
Aleksandra Qoryaçkina (Rusiya)Aleksandra Kostenyuk (Rusiya) 0.5:1.5,

Final (3-4-cü yer). Qadınlar.
Zonqyi Tan (Çin) - Anna Muzıçyuk (Ukrayna) 2.5:1.5,





скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss