SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Onlayn Dünya kuboku: Dörd yeniyetmə şahmatçımız finala vəsiqə qazandı

Yeniyetmə şahmatçılar arasında şahmatın Rapid növü üzrə onlayn Dünya kubokunun oyunları davam edir.

  Chess.az xəbər verir ki, 10, 12, 14, 16 və 18 yaşadək şahmatçılar arasında keçirilən FİDE Dünya kubokunun seçmə yarışlarında, ölkəmizi müxtəlif yaş qruplarında 29 şahmatçı təmsil edir. Sevindirici haldır ki, onlardan bir neçəsi artıq mərhələni uğurla başa vuraraq final mərhələsinə vəsiqə qazanıblar. Qeyd edək ki, seçmə mərhələdə hər yaş qrupunda ilk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanır. Rapid üzrə onlayn Dünya kubokunun final mərhələsi isə avqustun 26-dan 31-dək keçiriləcək.
  U-10 yaş qrupunda Xəqan Əhməd 10 oyundan 9 xal toplayaraq mərhələni lider kimi başa vurub və final mərhələsinə vəsiqə qazandı. U-12 yaş qrupunda da mübarizə Azərbaycan şahmatçısının qələbəsi ilə başa çatdı. Uğurlarına alışdığımız Cahandar Azadəliyev bütün oyunlarını qələbə ilə başa vuraraq mərhələnin qalibi oldu. 18 yaşadək qızların yarışında isə, Ayan AllahverdiyevaGövhər Beydullayeva müvafiq olaraq 3 və 7-cu yerləri tutaraq finala vəsiqə qazanıblar. Digər yaş qruplarında mübarizə avqustun 16-da başlayacaq.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss