SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Avropa Çempionatı 2021: Qızlarımız bir gündə 7 qələbə qazandı (CANLI)

Dünən Rumıniyanın Yassa şəhərində qadınlar arasında şahmat üzrə Avropa çempionatının ikinci turun oyunları keçirildi. 
CANLI
  Chess.az xəbər verir ki, qitə birinciliyində ümumilikdə 29 ölkədən 117 şahmatçı iştirak edir. Ölkəmizi Avropa Çempionatında 10 şahmatçı təmsil edir. Bunlar Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Zeynəb Türkan Məmmədyarova bacıları, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xəyalə Abdulla, Ayan AllahverdiyevaNəsrin Babayevadır. 
 Dünən qitə birinciliyinin ikinci turun oyunları keçirildi. Çempionatda əsas ümidlərimizdən biri hesab olunan Günay Məmmədzadə, Gülnar Məmmədova  Xanım Balacayeva növbəti qələbələrini qazanaraq iki turdan sonra turnir cədvəlinda liderlər qrupunda yer alırlar. Bu gün çempionatın üçüncü turun oyunları keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Qeyd edək ki,  Avropa çempionatı avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu isə, 60 000 Avro təşkil edir.  

3-cü tur:
Stavrula Tsolakidu (Yunanıstan) - Günay Məmmədzadə (Azərbaycan)
Nino Batsiaşvili (Gürcüstan) - Gülnar Məmmədova (Azərbaycan)
Elina Danielyan (Ermənistan) - Xanım Balacayeva (Azərbaycan)

Ayan Allahverdiyeva (Azərbaycan) - Viktoriya Çernyak (Rusiya)
Lela Javaxişvili (Gürcüstan) - Türkan Məmmədyarova (Azərbaycan)
Natalya Buksa (Ukrayna) - Gövhər Beydullayeva (Azərbaycan)
Frederika Nilssen (Danimarka) - Zeynəb Məmmədyarova (Azərbaycan)

Nəsrin Babayeva (Azərbaycan) - Tatyana Dornbuş (Monako)
Xəyalə Abdulla (Azərbaycan) - Monika Soçko (Polşa)
Ülviyyə Fətəliyeva (Azərbaycan) - Nurgül Səlimova (ECU)
 


2-ci tur:
Günay Məmmədzadə (Azərbaycan) - Monika Qalzeta Ruiz (İspaniya) 1:0
Gülnar Məmmədova (Azərbaycan) - Maritsa Tsirulnik (Ukrayna) 1:0
Xanım Balacayeva (Azərbaycan) -
Kseniya Zelyantsova (Belarus) 1:0
Elena Sedina (İtaliya) - Ayan Allahverdiyeva (Azərbaycan) 0:1
Türkan Məmmədyarova (Azərbaycan) - Mixael Trifoli (Rumıniya) 1:0
Gövhər Beydullayeva (Azərbaycan) - Olqa Badelka (Belarus) 0.5:0.5
Zeynəb Məmmədyarova (Azərbaycan) - Elina Danielyan (Ermənistan) 0:1
Yekaterine Pavlidou (Yunanıstan) - Nəsrin Babayeva (Azərbaycan) 0:1
Nia Doqvhani (Gürcüstan) - Xəyalə Abdulla (Azərbaycan) 0:1
Lilit Mkrtchyan (Ermənistan) - Ülviyyə Fətəliyeva (Azərbaycan)
 0.5:0.5

1-ci tur:
Mariya Qevorgyan (Ermənistan) - Günay Məmmədzadə (Azərbaycan) 0:1
Stella Sankova (Slovakiya) - Gülnar Məmmədova (Azərbaycan) 0:1
Ayan Allahverdiyeva (Azərbaycan) - Xanım Balacayeva (Azərbaycan) 0:1
Ronit Levitan (İsrail) - Türkan Məmmədyarova (Azərbaycan) 0.5:0.5
Petronella Parasçiv (Rumıniya) - Gövhər Beydullayeva (Azərbaycan) 0:1
Diana Mirza (İtaliya) - Zeynəb Məmmədyarova (Azərbaycan) 0:1
Nəsrin Babayeva (Azərbaycan) - Miruna Lehaçi (Rumıniya) 0:1
Xəyalə Abdulla (Azərbaycan) - Aureliana Pancu (Rumıniya) 0.5:0.5
Ülviyyə Fətəliyeva (Azərbaycan) - Stefani Matasaru (Rumıniya)
1:0скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss