SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grand Chess Tour": Şəhriyar bu gün ancaq amerikalılarla oynayacaq (CANLI)

Amerika Birləşmiş Ştatlarının şahmat paytaxtı hesab olunan Sent-Luis şəhərində "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsi start götürüb. 
CANLI 

Chess.az xəbər verir ki, "Saint Louis Rapid and Blitz 2021" adlanan mərhələ 9 Rapid və 18 Blitz turdan ibarət olacaq. Artıq dünən Rapid turnirinin ilk üç turu keçirildi. Yarışdakı yaganə təmsilçimiz olan Şəhriyar Məmmədyarov, ilk oyun günündə əvvəlcə ABŞ təmsilçisi Hikaru Nakamura ilə bərabərə qalıb, daha sonra Şah rusiyalı Petr Svidleri məğlub etdi, üçüncü turda isə, Məmmədyarov  son vaxtlar heç cür bacarmadığı vyetnamlı şahmatçı Liyem Quanq Liyə məğlub oldu. Bu gün turnirin daha üç turu keçiriləcək.Həmyerlimiz Şəhriyar Məmmədyarov bu gün oynayacağı bütün qarşılaşmalarını ABŞ şahmatçılarına qarşı keçirəcək. Məmmədyarovun rəqibləri isə Cefri Ksionq, Sem Şenkland Leyner Dominqez olacaqlar. Oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
  Qeyd edək ki, "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsində 10 şahmatçı iştirak edir. Bunlar həmyerlimiz  Şəhriyar Məmmədyarovdan başqa ABŞ təmsilçiləri Fabiano Karuana, Vesli So, Leyner Dominqez Perez, Cefri Ksionq, Hikaru NakamuraSem Şenkland, macar Rixard Rapport, rusiyalı Petr Svidler və vyetnamlı Quaqn Lyem Lidir. Xatıraldaq ki, Şəhriyar seriyanın birinci mərhələsi olmuş "Superbet Chess Classic Romania"-ın qalibi olmuşdur. Mərhələnin mükafat fondu isə 150 000 ABŞ dollar  təşkil edir.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss