SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grand Chess Tour 2021": Şəhriyar beşinci gedir (CANLI)

Amerika Birləşmiş Ştatlarının şahmat paytaxtı hesab olunan Sent-Luis şəhərində "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsi davam edir. 

CANLI 

Chess.az xəbər verir ki, "Saint Louis Rapid and Blitz 2021" adlanan mərhələ ümumilikdə 9 Rapid və 18 Blitz turdan ibarətdir. Artıq Blitz mərhələsi oynanılan turnirdə, yeganə təmsilççimiz Şəhriyar Məmmədyarov, keçirlmiş 18 turdan sonra aktivində 9 xalla 5-ci pillədə qərarlaşıb. Yarışın vahid lideri isə, aktivində 12 xalı olan ABŞ şahmatçısı Hikaru Nakamuradır. Onu 10 xalla digər meydan sahibi Fabiano Karuana izləyir. Bu gün Bakı vaxtı ilə saat 00:00-da Blitz turnirinin növbəti beş turu keçiriləcək, sabah isə mərhələnin son oyun günü keçiriləcək. 
  Qeyd edək ki, "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsində 10 şahmatçı iştirak edir. Bunlar həmyerlimiz  Şəhriyar Məmmədyarovdan başqa ABŞ təmsilçiləri Fabiano Karuana, Vesli So, Leyner Dominqez Perez, Cefri Ksionq, Hikaru NakamuraSem Şenkland, macar Rixard Rapport, rusiyalı Petr Svidler və vyetnamlı Quaqn Lyem Lidir. Xatıraldaq ki, Şəhriyar seriyanın birinci mərhələsi olmuş "Superbet Chess Classic Romania"-ın qalibi olmuşdur. Mərhələnin mükafat fondu isə 150 000 ABŞ dollar təşkil edir.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss