SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Nicat Məmmədov böyük coşqu ilə qarşılandı

İslandiyanın paytaxtı Reykyavikdə başa çatmış kişilər arasında keçirilən Avropa çempionatının nəticələrinə görə Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanan Nicat Məmmədov dünən vətənə dönüb. 

Chess.az xəbər verir ki, dünən axşam saatlarında vətənə qayıdan qrossmeysterlərimiz Heydər Əliyev adına hava limanında böyük coşqu ilə qarşılandı. Nicat Məmmədovu qarşılayanlar arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev,  3 saylı Uşaq Gənclər Şahmat Məktəbinin məşqçisi-müəllimi Fidan Talıbova, Nicat Məmmədovun tələbəsi Əlizadə Paşam və digər şəxslər olmuşdur.    
Xatırladaq ki, Avropa çempionatının nəticələrinə görə altı şahmatçımızdan ikisi, Rauf MəmmədovNicat Məmmədov 2022-ci ildə keçiriləcək şahmat üzrə Dünya Kubokunun final mərhələsinə vəsiqə qazanıblar. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss