SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Vüqar Həşimov" Ş.K. Avropa Çempionatının bürünc medallarını qazandı!

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku başa çatdı.

Chess.az xəbər verir ki, kubokda iştirak edən yeganə Azərbaycan təmsilçisi,“Vüqar Həşimov” şahmat klubu, bütün proqnozları alt-üst edərək heyətinə görə olduqca güclü yarışda bürünc medallara yiyələnməyi bacardı. Qeyd edək ki, Anar Allahverdiyevin kapitan olduğu komandanın heyətində Rauf Məmmədov, ukraynalı Kiril Şevçenko, Vüqar Əsədli, Aydın Süleymanlı, Ülvi Sadıqov, Əhməd ƏhmədzadəMurad İbrahimli çıxış etmişdirlər. Yarışda qələbəni isə Rusiyanın "Mednıy Vsadnik" komandası bayram etdi. 
 Xatırladaq ki, çempionatda daha iki təmsilçimiz digər ölkələrin klublarında çıxış etmişdirlər. Bunlar Makedoniyanın “Alkaloid” klubununu şərəfini qoruyan  Şəhriyar Məmmədyarov və İspaniyanın “Silla” komandasını təmsil edən Nicat Abasovdur. Təmsilçilərimizin çıxış etdiyi klublar Avropa kubokunun medallarından kənarda qalaraq müvafiq olaraq 8 və 9-cu yerləri tutmuşdurlar. Onu da qeyd edək ki, kubokda müxtəlif klublarda Maqnus Karlsen, Aleksandr Qrişyuk, Petr Svidler, Andrey Yesipenko, Sem Şenkland, Daniil Dubov, Pentala Harikrişna və digər bu kimi dünya şahmat ulduzları da çıxış etmişdirlər.  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss