SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şah bu il 236 oyun keçirib !!!

   Dünyanın 3 nömrəli şahmatçısı olan,həmyerlimiz Şəhriyar Məmmədyarov, 2018-ci il ərzində nə az nə çox, düz 236(!!!) oyun keçirib. Keçirilən oynlardan 79-u klassik,45-i rapid, 112-si isə blitzdə oynanılıb.  236 partiyadan 68 dəfə qalib ayrılan Şah, 117 dəfə heç-heçə edib, 51 dəfə isə məğlub olub. Qeyd edək ki, aldığı 51 məğlubiyyətdən 37-si blitzdə qeydə alınıb. Daha güclü olduğu şahmatın klassik növündə isə, Şəhriyar ilboyu daha inamlı oyun sərgiləyərək keçirdiyi 79 partiyadan yalnız beşində məğlub olub

 (Giri,Dinq Liren,Topalov,Aronyan və Karuanaya).

Şəhriyar Məmmədyarovun 2018-ci ildə statistik göstəriciləri:

Klassik : 79 oyun (20 qələbə-54 heç-heçə-5 məğlubiyyət)

Rapid :  45 oyun (13 qələbə-23 heç-heçə-9 məğlubiyyət)

Blitz     :112 oyun (35 qələbə-40 heç-heçə-37 məğlubiyyət)

Nəzərə alsaq ki, bu ilin sonunda Şəhriyar Sankt-Peterburqda keçiriləcək rapid və blitz üzrə dünya çempionatlarında da iştirak edəcək, o zaman onun il ərzində keçirdiyi partiyaların sayı ümumiyyətlə fantastik həddə çatacaq. 2018-ci il Şəhriyarın ili olub desək, yanılmarıq. Yalnız iddiaçılar turnirində qələbənin bir addımlığında dayanan Şah, ilboyu göstərdiyi möhtəşəm performansı ilə göz oxşadı. Qrossmeysterimiz həmçini bu il öz şəxsi rekordunu da 2826.2 ELO xalına çatdıraraq,şahmat tarixinin ən yüksək 6-ci nəticə  göstərən şahmatçı oldu. İrəlidə yalnız Karlsen,Kasparov,Karuana,Aronyan və Topalov var.  Bir faktı da xüsusi qeyd etmək lazımdır ki, Məmmədyarovun hazırki Dünya çempionu olan Maqnus Karlsenlə il ərzində keçirdiyi 5 partiyadan heç birində məğlub olmayıb. Əksinə,10 ildir ki,məğlub edə bilmədiyi Karlseni İsveçrədə keçirilən "Biel" turnirində məğlub edib, tərəflər arasında keçirilən digər  4 oyun isə heç-heçə ilə nəticələnib. Əbədi rəqibi olan, erməni Aronyan üzərində Batumidə qazanılan möhtəşəm qələbə haqqında isə ,hələ də şahmat aləmində danışılır. Şəxsi həyatında da bu il Şəhriyar üçün uğurlu olub. Məhz 2018-ci ildə Şəhriyarın oğlu,balaca Raul dünyaya göz açdı. 

   Göstərdiyi parlaq oyun və nəticələri, Şəhriyarın əla formada olduğunu və norveçli Maqnus Karlsendən "Şahmat Tacını" almağa ən real namizəd olduğunu göstərir. Arzu edək ki, 2019-cu il Şəhriyar üçün daha da düşərli olacaq. 


  скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss