SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FIDE reytinq cədvəlini açıqladı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2019-cu ilin fevral ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.

Dünya reytinq sıralamasına əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. Onun aktivində 2845 ELO xalı var. İkinci yerin sahibi da dəyişməz olaraq qaldı. Yanvar ayında bir oyun belə keçirməyən amerikalı Fabiano Karuana 2828 ELO xalla dünya ikinci ünvanını qorudu. Hollandiyada keçirilən Veyk-an-Zee turnirində uğursuz çıxış etmiş həmyerlimiz Şəhriyar Məmmədyarov təssüf ki , dünya üçüncülüyünü tərk etməli oldu. Çinli Dinq Liren və hollandiyalı Aniş Girini özündən qabağa buraxan Şəhriyar, hazırda 2790 xalla reytinq cədvəlində 5-ci pilləyə enib. Sözügedən turnirdə çıxış etmiş digər həmyerlimiz Teymur Rəcəbov reytinqini bir xal aşağı salsa da cədvəldəki mövqeyini yaxşılaşdırmağı bacardı. Teymur hazırda 2756 ELO xalı ilə 13-cü pillədə qərarlaşıb. İlk 100-də olan digər şahmatçılarımızın mövqeləri :  

22.Arkadiy Naydiç (2732)

42.Rauf Məmmədov (2703)

63.Eltac Səfərli        (2681)

82.Qədir Hüseynov   (2664)


TOP-100






QADINLAR TOP 100

AZƏRBAYCAN TOP 100


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss