SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

KARLSEN ARTIQ ƏN GÜCLÜ DEYİL. YENİ 1 NÖMRƏ : MAKSİM VİŞYE-LAQRAF !

Norveçin Stavanger şəhərində davam edən "Norway Chess 2019" şahmat festivalı zamanı tarixi hadisə yaşandı. 

Chess.az xəbər verir ki, festival çərçivəsində keçirilən Blitz turniri zamanı şahmatın bu növü üzrə dünya birincisi adını daşıyan şahmatçı dəyişib. Uzun illərdir ki, şahmatın bütün növləri üzrə planetin ən güclüsü olan norveçli Maqnus Karlsen, Blitzdəki birinci pilləni fransız Maksim Vişye-Laqrafa təhfil verməli oldu. Keçirdiyi 9 oyundan 7.5 xal toplayan Maksim, reytinqini 26.8 punkt qaldırmaqla 2947.8 ELO xalına qədər yüksəldbm. Həmin turnirdə elə də uğurlu çıxış etməyən Maqnus Karlsen isə, reytinqini 3 punkt salmaqla 2919.6-yə endirib. Göründüyü kimi, Vişye-Laqraf şahmatın Blitz növü üzrə Dünya birincisi ünvanını qazanıb və ən yaxın izləyicisi olan Karlseni 28.6 punkt qabaqlayır. 

Qeyd edək ki,analojı hadisə ötən ilin dekabr ayında da yaşanmışdı. Londonda keçirilən "London Chess" turniri zamanı Maksim Vişye-Laqraf Blitz üzrə keçirilən yarışda Karlseni canlı reytinq cədvəlində qabaqlamışdı. Lakin Maksimi liderliyi çox çəkməmişdi. Elə həmin ayın sonuna qədər Maqnus Karlsen dünya birincisi ünvanını özünə qaytara bilmişdi. 

© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss