SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

NİYƏ MƏN? (DÜNYA KUBOKUNDA QALMAQAL)

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda ilk qalamaqal yaşandı.

Chess.az xəbər verir ki ,128 şahmatçının qatıldığı bu mötəbər yarışda qalamaqal Ukrayna təmsilçisi Ruslan Ponomaryovun adı ilə bağlıdır. Ponomaryov özü olay barədə Tvitter səhifəsində xəbər verib. Belə ki ,təşkilatçılar Ponomaryovu 1/64 mərhələsinin birinci oyunundan sonra gözlənilmədən Dopinq kontroldan keçirmək qərarına gəliblər. 2002-ci ildə şahmat üzrə Dünya çempionu olmuş Ponomaryov ,dopinq testə dəvət olunmasına yox, orada 2 saat vaxt itirdiyi üçün öz etirazını bildirib. "Mən dicəlmək və cavab oyununa hazırlaşmaq əvəzinə iki saat vaxtımı dopinq-kontrolda itirməli oldum (19:57-21:56). Kontrolu FİDE-nin dəvəti ilə Rusiyanın RUSADA kompaniyası həyata keçirirdi. Niyə Ümimdünya Antidopinq Agentliyi yox məhz bunlar ? Nədən belə uzun çəkdi? Məni təsadüfənmi seçiblər?"

Qeyd edək ki ,Ruslan Ponomaryov birinci mərhələdə rusiyalı şahmatçı Andrey Yesipenko ilə qarşılaşırdı və iki oyunun nəticəsində görə 0.5:1.5 hesabı ilə məğlub olaraq Dünya Kubokunda çıxışını başa vurdu. 


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss