SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AVRO 2019: Məmmədyarov və Əhmədzadə birinci oldular!

VİDEOYAYIM
Çernoqoriyanın Ultsin şəhərində klublar arasında Avropa Çempionatı başa çatdı. 
Chess.az xəbər verir ki ,yeni yaradılan "Vüqar Həşimov" klubu kişilərin yarışında 8-ci ,qadınlardan ibarət "Odlar Yurdu" komandası isə dördüncü oldular.
        Komanda şəkilində medal qazana bilməyən təmsilçilərimiz şəxsi göstəricilərinə görə Avropa Çempionatını kifayət qədər uğurla başa vurdular. Yarışa üçüncü turdan qoşulmasına baxmayaraq ,qrossmeysterimiz Şəhriyar Məmmədyarov birinci taxtada ən yaşı göstərici göstərərək Avropa Çempionu adını qazandı. Macar Riçard Rapport ikinci ,qitə birinciliyində "Vüqar Həşimov" klubunun lideri olmuş Rauf Məmmədov isə  möhtəşəm oyun sərgiləyərək Avropa üçüncüsü oldu. Digər medal qazanan şahmatçılarımız , 7-ci taxtada Aydın Süleymanlı gümüş  ,daha bir gənc istedadımız Əhməd Əhmədzadə isə 8-ci taxtada Avropa Çempionatının qızıl medallarını qazanıblar. Bundan əlavə Süleymanlı və Əhmədzadə bu turnirdə göstərdikləri performansla qrossmeyster balını da ala bildilər. 
     Qadınların yarışına gəlincə Günay Məmmədzadə birinci ,Xanım Balacayev isə dördüncü taxtada bürünc medalların sahibi oldular. Zeynəb Məmmədyarova isə ,5-ci taxta oyunçuları arasında gümüş medalına sahib çıxdı.  


      
7-ci tur :
"Raika Rapid" (Avstriya)-"Vüqar Həşimov" 1:5
"Jelica" (Slovakiya)-"Odlar Yurdu" 1:3

6-cı tur :
Vüqar Həşimov"-"Novi Bor" (Çexiya) 2:4
"Odlar Yurdu"-"Monte Karlo"(Monako) 2:2

5-ci tur :
"Obiyettivo Padova"(İtaliya) -Vüqar Həşimov" 4:2
"Odlar Yurdu"-"Maribor" (Sloveniya) 3.5:0.5

4-cü tur :
"Molodyojka"(Rusiya) -Vüqar Həşimov"  2:4
"Kiyev Chess Federation" (Ukrayna)-"Odlar Yurdu"  3:1

3-cü tur :
"Vüqar Həşimov"-"Promorskiy"(Rusiya)
3.5:2.5
"Odlar Yurdu"-"Novi Bor" (Çexiya) 2:2

2-ci tur :
"Vüqar Həşimov"-"Maribor" (Sloveniya) 4.5:1.5
"Nona" (Gürcüstan)-"Odlar Yurdu" 2:2
1-ci tur :
"Fontaine" (Belçika)-"Vüqar Həşimov" 1:5 
"Odlar Yurdu"-"Rişon Lezion" (İsrail) 4:0


"Vüqar Həşimov" Ş.K : 
1.GM.Rauf Məmmədov (2648)
2.GM.Vüqar Əsədli (2513)
3.GM.Ülvi Sadıqov (2502)
4.İM.Aydın Süleymanlı (2429)
5.İM.Natalya Buksa (2410)
6.İM.Əhməd Əhmədzadə (2406)
Oynayan məşqçi: İM.Anar Allahverdiyev (2407)  


"Odlar Yurdu" Ş.K : 
1.İM.Günay Məmmədzadə    (2427)
2.İM.Gülnar Məmmədova     (2369)
3.WGM.Ülviyyə Fətəlliyeva  (2368)
4.WGM.Xanım Balacayeva   (2368)
5.WGM.Zaynəb Məmməduyarova (2300)
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss