SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

RAUSİSA ŞOK CƏZA!!!

Bu ilin iyul ayında etdiyi dələduzluqla şahmat aləminin gündəmini zəbt edən İqor Rausisin cəzası məlub olub.
Chess.az xəbər verir ki, FİDE İqor Rausisi grossmeyster adından məhrum etməklə yanaşı ,altı il müddətində FİDE-nin bayrağı altında və rəsmi status daşıyan digər yarışlarda iştirak etmək hüququndan məhrum edib. Rausisisn beynəlxalq reytinqi özündə saxlanılsa da ,o dfiskvalifikasiya müddəti ərzində yalnzı məşqçilik edə biləcək. O da ki, öz yetirmələri ilə bərabər yarış meydanlarında görsənməmək şərtilə. 

Xatırladaq ki ,bu ilin iyul ayında Fransanın Strasburq şəhərində keçirilən turnirdə iştirak edən Çexiya təmsilçisi İqor Rausis, rusiyalı Roman Skomoroxinlə oynadığı partiya zamanı hakimlər tərəfindən qurulan tələyə düşmüşdür. FİDE Hakimlər Komitəsinin sədri  Loran Freyd çoxdandır ki, diqqətini Rausisə yönəltmişdir və Strasburqda qurulan tələ Rausisi üçün  əvvəlcədən planlaşdırılmışdır. Partiyanın gedişində bir neçə dəfə tualetə yollanan şahmatçı, orada qurulan qizli kameradan xəbərsiz olub. Məhz həmin kamera sayəsində Rausisin tualetdə smartfondan istifadə etdiyi sübuta yetirilib. Hər şeyin üstü açıldığını görən Rausis, rəqibinə təslim olaraq oyun zalını tərk etək məcburiyyətində qalmışdır. 
     Olaydan bir neçə saat sonra, Rausis Chess.com-a məsələ ilə bağlı ilk açıqlamasında demişdir ki ,: “Mən dəli olmuşam. Telefondan istifadə etdiyimi boynuma alıram. Nə deyim ? Olub. Hər halda etdiyim əməl hamıya yaxşı dərs olacaq. Amma mənim üçün yox. Çünki bu mənim son partiyam oldu”
Qeyd edək ki,hadisə baş verən gün Rausisin reytinqi 2694 ELO !!! təşkil edirdi. Ən maraqlısı isə, odur ki, Rausisin son üç ildə reytinqini 2572-dən 2694 ELO-ya qədər yüksəltməyi bacaarmışdır. İlk baxışdan burada qeyri adi heçnə olmasa da, hər halda 58 yaşlı şahmatçının elitar sayılan 2700-lər klubuna belə sürətlə yaxınlaşması belə bir şübhələrin oyanmasına səbəb olmuşdur. Rausis olaydan sonra növbəti açıqlamasını Chess-news.ru saytına vermişd: “Çalışırdım ki, düz olum. Ən azı hakim Rəşid və təşkilstçı Daniyelin yanında. Mən onları 30 ildir tanıyıram. O şəkildə nə görsənir ,nə görsənmir önəmli deyil, əsas odur ki, mən günahımı həm şifahi həm yazılı şəkildə boynuma aldım və turniri tərk etdim. Mən təslim olanda rəqibim məsələdən xəbərsiz idi və xeyli  təcüblənmişdir. Məhz ona görə də o tez getdi və mən ondan üzr istəyə bilmədim. Bunu indi edirəm”


Bəs İgor Rausis kimdir ?
   Onun əsl adı İqor Kondılyovdur.Rausis soyadını o sonradan Latviyaya koçdükdən sonra götürüb. Rausis şahmat aləmində kifayət qədər tanınmış simadı. Rausis hazırda Çexiya bayrağı altında iştirak etsə də, milliyətçə rusdur. O, 1961-ci ildə Ukrayna SSR-nin Alçevsk şəhərində anadan olub. Rausis şahmatla 20 yaşında, əsgərlikdə olan zaman ciddi məşqul olmağa başlayıb. 1981-ci ildə Rausis Qara dəniz donanmasının çempionu oldu və elə həmin ildən Qara dəniz donanmasında şahmat müəllimliyinə başladı. 1985-ci ildə Latviyaya köçən Rausis, orada Latviya SSR-nin gənclər yığmasının baş məşqçiliyinə qədər yüksəldi. Onun yetirmələri arasında məhşur latviyalı şahmatçı Aleksey Şırov da olub. Məşqçiliklə bərabər Rausis özü də professional səviyyədə şahmat oynamağa davam edirdi .1992-ci ildə qrossmeyster adını qazanana İqor, cəmi bir il sonra, 1993-cü ildə komanda Dünya Çempionatında Latviya yığmasınınbirinci taxtasında çıxış edirdi.  1995-ci ildə Latviya çempionu olan Rausis, Latviya yığmasının heyətində üç Şahmat Olimpiadada iştirak edib (1996,1998,2002). Bir neçə yığmanın baş məşqçisi olan Rausis, 2003-cü ildən Banqladeş karyerası başladı. Rausis 2007-ci ildə Banqladeş bayrağı altında çıxış edirdi . 2007-ci ildən isə İqor Rausis Çexiyanı təmsil edir. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss