SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AZƏRBAYCAN ŞAHMAT FEDERASİYASINA TƏKLİF!

Chess.az saytı olaraq Azərbaycan Şahmat Federasiyasına bir təkliflə müraciət etmək qərarına gəldik. 
Son illər bütün idman növlərində olduğu kimi, şahmatda da milliləşdirmə siyasəti çox geniş vüsət alıb. Hətta bizim şahmat üzrə milli komandamızda da bir legioner çıxış edir. Bu əvvəllər Almaniyanı təmsil etmiş Arkadiy Naydiçdir. Milliləşdirmənin ən çox yayıldığı ölkə isə, sössüz ki, ABŞ-dır. ABŞ yığmasının demək olar ki, tamamı vaxtılə başqa bayrağ altında çıxış etmiş şahmatçılardan ibarətdir. Məsələn Vesli So (Fillipin), Fabiano Karuana (ABŞ), Leyner Dominqes (Kuba). Karuanaya gəlincə, o ABŞ-ı seçməmişdən öncə, qərb mətbuatında adı Azərbaycanla yanaşı hallanırdı. Deyilənlərə görə bizim Federasiya onunla o vaxt danışıqlar aparıb, lakin razılığa gələ bilməyiblər və  Fabiano ABŞ-ı seçdi. Qismət deyilmiş 
 Bugünlərdə İranın ən güclü şahmatçısı olan Alirza Firuja İran bayrağı altında çıxış etməkdən imtina edib. Nəzərə alsaq ki, onun cəmi 16 yaşı var və bir çox tanınmış şahmat mütəxəssisi onun gələcəkdə Dünya Çempionu ola biləcəyi ilə bağlı proqnozlar verir, nədən Azərbaycan ona beynəlxalq arenada ölkəmizi təmsil etmək təklifini etməsin? Belə bir gənc və perspektivli şahmatçının bayrağımız altında çıxış etməsi, indiki legionerimiz olan Arkadiy Naydiçin çıxışından daha səmərəli olar. Onun gənc olması isə, ölkədə yetişən gənc nəsil şahmatçılara əlavə stimul verəcək. Düzdür, Firujanın hal-hazırda Fransada yaşaması onun həmin ölkənin şahmat federasiyası ilə artıq danışıqlar aparmasını ehtimalını artırırr, amma hər halda Firuja sabah Moskvada start götürəcək Rapid və Blitz üzrə Dünya Çempionatında FİDE-nin bayrağı altında çıxış edəcək. Bu isə o anlama gəlir ki, o hələ ki, heç bir federasiya ilə anlaşmayıb.
Bizdən təklif etmək idi, gerisi sizin işiniz. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss