SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

İNKİŞAFIN HİNDİSTAN MODELİ!

 Hindistan şahmatı yenidən şahmat aləminin diqqət mərkəzinə düşüb. Hindistanın ən perspektivli 14 şahmatçısı, şahmat dünyasının iki əfsanəsi tərəfindən təlim-məşq toplanışına cəlb olunacaqlar. Yanvarın 8-dən 17-dək eks-dünya çempionu Vladimir Kramnik və vaxtılə şahmat tacı uğrunda final matçını oynamış Boris Gelfand hindistanlı istedadlara öz sirrlərini öyrədəcəklər. Bu artıq ikinci belə bir təlim-məşq toplanışı olacaq. Xatırladaq ki, ötən ilin avqustunda Vladimir Kramnik altı hindistanlı şahmatçı üçün Fransada təlim-məşq toplanışını keçirmişdi. İndi isə bu altı şahmatçıya daha 8 şahmatçı qoşulacaq və müəllimlərin sayı da ikiyə yüksəlib. Bu layihənin baş sponsoru "Microsense Network" şirkətidir, layihənin icraçısı isə "Chess Base İndia"-dır. Bu dəfəki təlim-məşq toplanışı Hindistanda, Çennai şəhərində keçiriləcək. Fransada keçirilən ötənilki toplanışda GM.Praqqnanandha, GM.Qukeş, GM.P.İniyan, GM.Prithu Qupta, İM.Raunak Sadvani və İM.Leon Mendonka iştirak etmişdirlər. Və nəticələr özünü çox gözlətmədi. Cəmi üç ay sonra Praqqnanandha 18 yaşlılar arasında Dünya Çempionu oldu, Raunak Sadvani isə Men adasında keçirilən "Grand Swiss 2019" turnirində fantastik çıxış edərək sonuncu qrossmeyster normasını yerinə yetirərək qrossmeysteter adına yiyələnədi. Sadvani özü layihə haqqında bunları deyib:"Deyə bilərəm ki, Kramnikdən dərs alanda özümü elə bil ki, başqa dünyada hiss edirdim. O mənə çox şey öyrətdi. Özümə inanmağa başladım, psixolojı və praktiki cəhətdən çox inkişaf etdim". Məhz bu nəticələr sponsorları bu layihənin davam etdirilməsinə vadar etdi. Təlim -məşq toplanışına daha çox şahmatçının cəlb olunduğunu nəzərə alaraq Kramnikin 14 şahmatçı ilə işləmək çox çətin olacağı qənaətinə gəlindi.. Ona görə də təşkilatçılar daha bir müəllim axtarışlarına başladılar. Təbii ki, onların ilk seçimi Hindistanda "Şahmatın Allahı" hesab olunan Vişi Anand oldu. Lakin Anand yanvarın sonunda Veyk-an-Zee turnirində iştirak edəcəyindən və turnirə hazırlaşmalı olduğundan bu layihənin bi parçası ola bilmədi. Sonda təşkilatçılar Boris Qelfandın namizədliyinin üzərində dayandılar. Çox təcrübəli və öz oyun üslubuna malik olan Qelfand təklifi müsbət cavablandırdı. Fransadakı təlim-məşq toplanışında iştirak etmiş 6 şahmatçıya qoşulan daha səkkiz şahmaçtçı bunlardır. GM.Arjin Eriqaisi, GM.Arjin Kalyan, İM.Srişvan Maralakşikari, İM.Aditya Mittal, İM.Barat Subramaniam, WGM.Vaişali, İM.Raahil Mullik və WİM.Rakşita Ravi . 

  Hindistanın şahmata neçə böyük önəm verdiyini və böyük pulların xərclədiyi göz önündədir. Bu təbii ki, fedrasiyanın düzgün qurulmuş işinin nəticəsidir. Qeyd edək ki, son illər Hindistan şahmatına və şahmatçılarına spionsorluq edən şirkətlətin sayı durmadan artıq. Sponsor olan yerdə isə, təbii ki inkişaf da olacaq. "Hindistanın inkişaf modelini" Azərbaycanda da tətbiq etsəydilər pis olmazdı. Hətta çox yaxşı olardı! Bizim də kifayət qədər istedadlı və perspektivli gənc şahmatçımız var. Bunlar Aydın Süleymanlı, Vüqar Əsəsdli, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə ,Günay Məmmədzadə, Xanım Balacayeva, Murad İbrahimli, Məhəmməd Muradlı, Xəzər Babazadə, Cahandar Azadəliyev və s. Bunlara bu gün hindistanlı şahmatçılara göstərilən diqqət göstərilməsə, əminliklə söyləmək olar ki, bu şahmatçıların böyük əksəriyyəti ciddi uğur əldə edə bilməyəcək və həyatlarını 2400-2600 reytinq arasında keçirməli olacaqlar. Əgər Federasiyasın bu kimi layihələrə pulu və ya sponsoru yoxdursa heç olmasa üç aydan bir bizim yerli elit şahmatçılardan xahiş etsinlər ki, ölkəmizin gələcəyi olan gənclər üçün bir həftəlik təlim -məşq toplanışını keçsinlər. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss