SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FUAD CƏFƏROV MEMOREALI BAŞA ÇATIR!

Ənənənvi keçirilən "Fuad Cəfərov Memorealı" şahmatı festivalı başa çatmaq üzrədir.
Chess.az xəbər verir ki, Qrossmeyster normalı komanda yarışı, Open, U-12, komanda Blitz və Rapid yarışlarından ibarət olan turnirdə 5 ölkədən 200-dən artqı şahmatçı mübarizə apardı. 
Qrossmeyster normalı yarışda əcnəbi şahmatçıların təmsil olunduğu  "Sofiya-GM" komandası qələbəni bayram etdi (D.Maqalaşvili (GEO),A.Puramezanlı (İRİ),K.Şanava (GEO)). İkinci yeri "Garabagh" komandası (A.Eynullayev (AZE),M.Muradlı (AZE),B.Daneşvar (İRİ)), üçüncü yerin sahibi isə "İnter" komandası oldu (V.Manafov (AZE),X.Musavi (İRİ), O.Al-Hosani (UAE)). 
Yeddi turdan ibarət olan Open turniri yerli şahmatçı Şahin Hüseynovun qələbəsi ilə nəticələndi. İkinci yeri İran təmsilmisi Suzankar, üçüncü yerin sahibi isə azərbaycanlı Şəhriyar İsgəndərov oldu.  
12 yaşadək uşaqların arasında keçirilən U-12 turniri isə yerli şahmatçıların benefisi ilə nəticələndi. Birinci yeri Davidov Tunar , ikinci pilləni Murad Xəlilzadə, üçüncü pillənin sahibi isə Hüseynov Əhməd oldu.
 Komanda Blitz turnirində qələbəni "İran" komandası (A.Puramezanlı (İRİ),B.Daneşvar (İRİ)) bayranm etdi, ikinci pilləni "İrrational" komandası (K.Qarayev (AZE), A.Allahverdiyeva (AZE)), üçüncü yerin sahibi isə "İdman Akademiyası" komandası oldu (B.Cəfərli (AZE), A.Hacıyeva (AZE)).
Festivala bu gün keçiriləcək Rapid yarışı ilə yekun vurulacaq.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss