SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Ş.MƏMMƏDYAROV :"YENİDƏN GERİ QAYITMAQ ÜMİDİ İLƏ" (AÇIQLAMA)

Azərbaycanın ən güclü şahmatçısı olan Şəhriyar Məmmədyarov sosial şəbəkələrdə Cəbəllütariqdə başına qələnlər haqqında açıqlama yayıb.
Xatırladaq ki, "Qibraltar Open" turnirinə qatılan və ordada yeddi oyun keçirdikdən sonra 8-ci tura çıxmayan Şəhriyarın sağlıq durumu hamını narahat edirdi. Turnirin rəsmi saytı Şəhriyar Məmmədyarovun xəstələndiyini qeyd etmişdir. Ondan sonra isə Şəhriyardan səs soraq yox idi. Məmmədyarovun açıqlamasından məlum oldu ki, turnir yanvarın 30-da başa çatsa da Şəhriyar Qibraltardan yalnız bu gün ayrılır.
"Təəsüflər olsun ki, Qibraltar turniri zamanı allergik xətəlik keçirdim və bu səbəbdən yarışı yarımçıq buraxmaq məcburiyyətində qaldım. Yarışın təşkilatçılarına minnətdaram ki, bu günə qədər mənim yanımda oldular. Əsasən də baş təşkilatçı olan Stüart Konquestə təşəkkürümü bildirirəm. Artıq Gibraltarı tərk etmək vaxtıdır. Yenidən geri qayıtmaq ümidi ilə."
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss