SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

ŞOK! TEYMUR RƏCƏBOV "İDDİAÇILAR TURNİRİNDƏ" İŞTİRAK ETMƏYƏCƏK

Azərbaycan şahmat həvəskarları bu günü şok sayıla biləcək xəbərlə açdılar

Chess.az xəbər verir ki, səhər saatlarında FİDE-nin rəsmi səhifəsi olan FİDE.COM saytı həmyerlimiz Teymur Rəcəbovun şəxsi məsələlərlə əlaqədar olaraq martın 17-də Rusiyanın Yekaterinburq şəhərində start götürəcək "İddiaçılar turniri"-də çıxışdan imtina etməsi və onun əvəzinə orada fransalı Maksim Vaşye-Laqrafın çıxış edəcəyi barədə məlumat yayıb. 

Çox keçmədən Teymur Rəcəbov öz İnstaqram səhifəsində məsələ ilə bağlı olduqca maraqlı paylaşım edib: “Əziz həmvətənlərim, şahmat azarkeşləri, bütün şahmat ictimaiyyəti, həmkarlar və dostlar. Bu xəbər doğru deyil. Turnirdən çıxmaq üçün şəxsi səbəbim yoxdur. Çox yaxında bununla bağlı FİDE-yə göndərilən məktublar və onların mənə ünvanladıqları cavabları ilə birlikdə açıqlama verəcəm”. 

Teymurun bu açıqlamasından görünür ki, onunla FİDE arasında son günlər kifayət qədər gərgin kontakt və yazışmalar olub. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti Qafqazinfo.az saytının sorğusuna cavab olaraq Teymur Rəcəbovun turnuirdən imtina etməsinin səbəbini "Koronavirus" təhlükəsi olduğunu bildirdi. 

Çox keçmədən Teymur Rəcəbov məsələ ilə bağlı geniş açıqlama yayaraq bütün qaranlıq məqamlara aydınlıq gətirdi: "Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə dünya çempionu tituluna namizədlər turnirində iştirak etməli idim. Bildiyiniz kimi, hazırda dünyada koronavirus epidemiyasının artması müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanı risk səviyyəsini ən yüksək qiymətləndirib - qırmızı olduğunu açıqladı. Dünyadakı bir çox yarışlar və əlamətdar hadisələr vəziyyətin inkişafına əsaslanaraq ləğv edilir və ya daha gec bir tarixə təxirə salınır. FİDE Beynəlxalq Şahmat Federasiyası bir sıra profilaktik tədbirlər həyata keçirib. Ancaq bunlar kifayət qədər deyil. Çin şahmatçılarına, onların məşqçilərinə və müşayiət edən şəxslərə Rusiyada 14 gün müddətində karantində qalacaqları bildirildi. Çin şahmatçılarından bir nəfər, onun məşqçiləri və heyəti həqiqətən karantinə alınıb. Ancaq Çindən gələn ikinci iştirakçı karantinə alınmayacaq və turnirin başlanmasına yaxın koronavirus epidemiyasının hər gün artdığı ölkədən gələcək. Bundan əlavə, hər hansı bir iştirakçı, məşqçi və ya onu müşaiyət edən jurnalistlər, müsahibə götürənlər və ya hakimlərdən birində soyuqdəymə və ya koronavirus aşkarlanarsa turnirin necə davam edəcəyi barədə FİDE tərəfindən bir açıqlama verilmir. İştirakçılar karantinə alınacaqsa analiz və virusun mövcudluğunu müəyyənləşdirmək üçün nə qədər mərhələ və vaxt lazım olacaq? Namizədlər arası turnir 22 gün ərzində davam edən 14 turdan ibarət şahmat marafonudur. Turnirin qlobal epidemiya şəraitində necə keçəcəyi, virus və ya adi SARS aşkar edildiyi təqdirdə hansı addımlar atılacağı və ya xəstə iştirakçıya münasibətdə hansı tədbirlərin görüləcəyi barədə heç kim izahat vermir. Bütün bu məqamların mürəkkəbliyi səbəbindən FİDE-yə turnirin daha gec tarixə təxirə salınması təklifi ilə müraciət etdim. Mənim bu təklifimi qəbul etmədilər. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq hesab etdim ki, namizədlər arası turnir kimi  vacib bir yarışda bu cür şərtlər maksimum oyun səviyyəsi üçün lazım olan konsentrasiya və əhval-ruhiyyəyə çox mənfi təsir edə bilər. Nəticədə mən başqa üzvlə əvəzləndim”.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss