Rusiya mətbuatının dərc etdiyi təxirə salınmış və ləğv olunmuş şahmat yarışları siyahısında Azərbaycan Çempionatı da var.
Chess.az xəbər verir ki, bu gün start götürməli olan və martın 24-dək davam etməli olan kişilər arasında Azərbaycan birinciliyi qeyri müəyyən vaxta qədər təxirə salındı. Bununla bağlı rəsmi açıqlama olmasa da, hər halda təxirəsalmanı Koronavirusla bağlı olduğunu söyləmək olar. Bundan əlavə ənənəvi "Vüqar Həşimov Memorialı" və "Naxçıvan Open" turnirlərinin da bu il keçirilməyəcəyi deyilir.
14-03-2020, 14:20