SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

GÜNAY MƏMMƏDZADƏ:"FEDERASİYA MƏNƏ NƏİNKİ KÖMƏK ETMƏDİ,ONLAR..." (MÜSAHİBƏ)

Dünən Azərbaycanın ən güclü qadın şahmatçısı, 2019-cu ildə Azərbaycan çempionu olmuş və yığma komandamızın lideri olan Günay Məmmədzadənin açıqlamaları ölkənin şahmat gündəmini zəbt edib.

Günay Azerisport.com saytına verdiyi müsahibədə bu il ölkə çempionatında nədən çıxış etmədiyini, Azərbaycan Şahmat Federasiyasının ona göstərdiyi laqeyid münasibətdən və FİDE bayrağı altında çıxış etmək barədə ciddi düşünəcəyi haqqında açıqlamalar verib.

Həmin müsahibənin tərcüməsini sizlərə təqdim edirik.

Bu yaxınlarda qadınlar arasında ölkə çempionatı başa çatdı, amma siz iştirakçılar arasında yox idiniz. Bu nə ilə bağlıdır?
Buna bir neçə səbəb var. Beş ay bundan əvvəl AŞF-nın prezidenti Elman Rüstəmov Avropa Çempionatı öncəsi yığma üzvlərini qəbul etmişdir. Orada mən ondan Dünya Kubokuna hazırlaşmaq üçün kömək istədim və mənim məşqçim Rəsul İbrahimovu qəbul etməyini xahiş etdim. Elman Rüstəmov bizi qəbul etdi və görüş zamanı bildirdi ki, biz "Dünya Kuboku 2020"-yə hazırlıq proqramını hazırlayaq və ona təqdim edək. Biz belə də etdik və proqramı tərtib edib onun köməkçisinə göndərdik. Daha sonra biz Avropa çempionatında uğurlu çıxış edərək üçncü yer tutduq və Federasiya rəhbəri bizimlə görüş keçirərək bizi mükafatlandırdı. Orada mən bir daha Elman Rüstəmova hazırlıq proqramının realizə edilməsi ilə bağlı  müraciət etdim və mənə bir daha bildirdilər ki, heç bir problem olmayacaq. O söhbətdən beş ay keçdi amma bizə hələ də bir söz deyən olmayıb. Bundan əlavə, son vaxtlar edilən bütün müraciətlərimiz cavabsız qalır. 

Çempionatda iştirak etməməyimin dah bir səbəbi isə, təqaüdlə bağlıdır. Mən yığma üzvü kimi bir neçə ildir ki, təqaüd alırdım amma nədənsə artıq üç aydır ki, mənə təqaüd verilmir. İş orasındadır ki, mən federasiya ilə müqavilə imzaladım. Müqavilənin şərtləri mən qane etmədiyinən görə. Sadə bir misal gətirim. Kişilərdən ibarət yığma komandada yığma liderləri digər şahmatçılardan nisbətdə daha çox təqaüd alır. Qadınlardan ibarət yığma komandasında isə hamı eyni təqaüd alır. Reytinqə fikir vermək lazımdır axı. Maraqlısı da odur ki, əvvəllər qadınların yığmasında da liderlər digərlərindən daha çox təqaüd alırdı, amma indi bu yoxdur. Bu mənə qarşı edilən ikili standart deyilmi? 

Belə çıxır ki, federasiya yığma komandamızın liderinə Dünya Kubokuna hazırlaşmaq üçün kömək etmir? Və siz yarışa üç ay təqaüd belə almadan hazırlaşırsınız...
Təəsüf ki, bu belədir. Yeri gəlmişkən, federasiya Qibraltar turnirinə yollanmağıma da kömək etmədi. Baxmayaraq ki, öncədən buna söz vermişdi.

Əgər federasiya sizə əvvəl liderlərə ödədiyi məbləği ödəməkdə maraqlı olmasa sizin nə etmək fikiriniz var? Və bu durum sizin Dünya Kubokuna hazırlaşmağınızıa necə təsir edər? 
Çox ciddi şəkildə təsir edir. Dünya Kubokuna çox ciddi hazırlaşmaq lazımdır. Təlim-məşq toplanışları keçirmək, güclü məşqçilərlə məşğul olmaq lazımdır. Şahmat üçün stadion və ya böyük arenalar lazım deyil, "Skayp" vasitəsilə keçirilən məşqlər də bəs edir. Mən məşqçim Rəsul İbrahimovun Dünya Kubokuna hazırlaşmağım üçün cəlb etdiyi xarici mütəxəssisin adını çəkmək istəmirəm, amma onu bildirim ki, bu məşqlər pulludur. Onlayn məşqin 1 saatı təxminən 40 dollara başa gəlir. Dünya Kuboku sentyabr ayında Minskdə keçiriləcək və mən hər şeyə rəğmən orada uğurlu çıxış etmək istəyirəm.Dünya Kubokunda 64 şahmatçı iştirak edəcək və oradan İddiaçılar Turnirinə vəsiqə qazanmaq olur. Əgər bizim kişi şahmatçılar İddiaçılar Turnirlərində çıxış ediblərsə, qadınlar şahmatçılarımız indiyə qədər bu turnirə yaxın belə düşə bilməyiblər. Mən 12 ildir ki, Azərbaycanın təmsil olunmadığı Dünya Kubokuna vəsiqə qazanmağı bacardım. Məndə sonra analojı uğura Türkan Məmmədyarova və Ülviyyə Fətəaliyeva da imza atdılar. 

Şanslarınızı necə qiymətləndirirsiz?
64 iştiurakçıdan 25-i dünya reytinq sıralamasında məndən öndə gedirlər. Çox çətin olacaq. Yaxşı psixolojı və fiziki hazırlıqdan əlavə bəxt də adamın yanında olmalıdır. Məsələn ötən il mən dünyanın ikinci şahmatçısı olan hindistanlı Humpu Konerunu məğlub etmişdim. İndi koronavirusa görə bütün yarışlar təxirə salınıb. Mən məşqçilərimlə "Skayp" vasitəsilə hazırlıqlarımı davam etdirirəm.Fiziki hazırlığımı isə evimizin yanındakı stadionda qaçmaqla qoruyuram. 

Bəs siz federasiyanın dəstəyi olmadan necə hazırlaşırsız?
İlk gündən mənə atam kömək edir. O bütün çıxışlarımı maliyyələşdirir. O indi də mənə dəstək olur, amma onun da imkanları sərhədsiz deyil. Bir dəfə biz məşqçimlə sponsorlara müraciət etmək qərarına gəldik. Və çox çətin vəziyətə düşdük.

Nə baş verdi?
Federasiyada həmişə deyirdilər ki, şahmatçılar sponsorlar tapa bilər. Biz də bunu etdik. Bir kompaniya tapdıq, ilkin danışıqlarımızı müsbət nəticələndi. Amma sonradan sövdələşmə baş tutmadı. Məlum oldu ki, həmin kompaniya federasiyaya haqqımda məlumat almaq üçün müraciət etdi. Federasiyada məsələni biləndə isə, onlara bildiriblər ki, güya mənə sponsor lazım deyil və biz ona lazımi qədər vəsait ayırırıq. Mən axı elə belə sponsorlara müraciət etmirdim.Mən 14 yaşında Azərbaycanın ən gənc qadın qrossmeysteri oldum(WGM) uşaq və gənclər turnirlərində uğurlu çıxışlarım olmuşdur. İndi isə Dünya Kuboku. Federasiya mənə nəinki kömək etmədi, onlar atamın və məşqçimin tapdığı sponsoru məndən imtina etməyə vadar etdilər. Belə şey olar?

Sirr deyilsə qadınlardan ibarət yəğmada başqa kimsə maliyə problemlərində şikayətlənir?
Başqa narazılar da var, amma sözdə.Təbii ki, onlar da daha çox beynəlxalq turnirlərdə oynamaq istəyirlər. Qadın komandasında məşqçi problemi var. Mən ancaq Türkan və Ülviyyə ilə onların Dünya Kubokuna necə hazırlşacaqları haqda müzakirələr aparmışam. 

Belə görünür Şahmat Federasiyası sizə kömək etmək istəmir. Siz nə etmək düşünürsünüz?
Onlar kömək etmir və sponsor tapmağıma mane olurlar. Bundan əlavə bir dəfə də olsun mənim Dünya Kubokuna necə hazırlaşmağımla bağlı maraqlanmayıblar. Mən biraz da gözləyəcəm, əgər görsəm ki, bunların mənə göstərdiyi laqeyid münasibət davam edirsə o zaman FİDE bayrağı altında çıxış etmək barəsində ciddi düşünəcəm. 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss