SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

A.Kostenyuk:"Rəcəbovun oynamaq şansı var idi və o, bu şansdan imtina etdi"

Teymur Rəcəbovun "İddiaçılar Turnirində" iştirak etməkdən imtina etməsi hələ də şahmat aləmində geniş müzakirə olunur. 

Chess.az xəbər verir ki, dünyanın bir çox şahmat adamı məsələ ilə bağlı öz fikirlərini artıq bildiriblər. İndiyə qədər səsləndirilən fikirlərin böyük əksəriyyəti Rəcəbovun qərarına dəstək xarakterini daşıyırdı. Yalnız dünya çempionu Maqnus Karlsen öz paylaşımında Rəcəbovun qərarına ironiya ilə yanaşaraq onun yanında olmadığını açıq şəkildə bildirmişdir. Bu dəfə isə daha bir şahmat ulduzu, qadınlar arasında eks-dünya çempionu Aleksandra Kostenyuk, Rəcəbovun qərarını tənqid edib. Rusiyanın "Sport-Ekspress" nəşrinə müsahibə verən Kostenyuk məsələ ilə bağlı bunları dedi :"Mən ümumiyyətlə məsələ ilə bağlı hələ də müzakirələrin aparılmasına təcüblənirəm. Rəcəbovun oynamaq şansı var idi və o,  bu şansdan imtina etdi. Dedi ki, psixolojı cəhətdən hazır deyil?! Fikirimcə idmançı hər şəraitdə oynamaq üçün hazır olmalıdır. Əgər sən hazır deyilsənsə, həyacanlanırsansa və ya oyuna köklənə bilmirsənsə, nə bilim... Hamı eyni vəziyətdə idi. FİDE turniri yüksək səviyyədə və iştirakçılar üçün təhlükəsiz şəkildə keçirilməsini öz üzərinə götürmüşdür. Turnirin gedişində hər şey ola bilərdi. Biz bilirik ki, turnirlər və səfərlər zamanı virusdan daha təhlükəli vəziyətlər olur. Biz də onlardan iki həftə əvvəl İsveçrədə "Qran Pri" oyhnayırdıq. Biz də dünyadan gələn həyacanlı xəbərlər izləyirdik və bizdən də kimsə deyə bilərdi ki, bu xəbərlər bizə təsir edir, oynaya bilmirik. Amma sən ekstra-klass idmançısansa üçüncü dünya muharibəsi də başlasa ancaq oyununu düşünməlisən."    
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss