SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Koronavirusla mübarizə aparan həkim ikinci yeri tutdu!

Fransa Şahmat Federasiyası Koronavirusla mübarizə üçün "Fondation de France" ilə birlikdə maraqlı bir layihə həyata keçirib.Məşhur şahmat platformaları olan Lichess, Europe-Echecs, Chess24, Variantes, Blitzstream və Apprendre-les-Echecs ilə birlikdə 24 saatlıq onlayn şahmat marafonu təşkil edildi.
 Mayın 2-də "Vurusa qarşı birləşək" devizi altında keçirilən xeyriyə marafonu, ölkənin ən populyar şahmat şərhçilərin müşaiyəti ilə 24 saat boyu davam etdi. Onlayn Blitz marafonda ümumilikdıə 60 000 minə yaxın şahmatçı iştirak edib.
Turnirin qalibi fransız qrossmeyster Sébastien Feller oldu. Feller turnirdə, nə az, nə çox, düz 183 oyun oynadı! Turnirdə ikinci yeri tutan şahmatçı isə, COVİD-19 pandemiyası ilə mübarizədə birbaşa iştirak edən şahmatçı oldu. Bu Paris xəstəxanalarının birində reanimasiya şöbəsində tibb işçisi kimi çalışan Roman Bilquedir. Bilque 24 saatlıq marafonda yalnız 1 saatlıq fasilə verdi.  Roman həvəskar şahmatçı olsa da, o Fransada yaşayan azərbaycanlı qrossmeyster Namiq Quliyevin yönəticilərindən biri olan "Charteres Echess" klubunun üzvüdür. Qeyd edək ki, Romanın bu uğuru və hekayəsi Fransanın bir çox aparıcı telekanallarının diqqətini də cəlb edib və onlar marafon və Bilque haqqında geniş süjertlər hazırlayıblar. 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss