SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Avstriyada əsl şahmat oynadılar! (FİDE yarışı tanımadı)

Demək olar ki, bütün dünyada elan olunmuş xüsusi karantin rejimi günlərində Avstriyada uzun fasilədən sonra ilk rəsmi turnir keçirildi.
Chess.az xəbər verir ki, dörd şahmatçının iştirakı ilə açıq havada keçirilən turnirdə, Avstriyada qüvvədə olan karantin qaydaları nəzərə alınıb. Avstriyada 10 nəfərdən çox iştirakçısı olmayan idman yarışlarının keçirilməsinə icazə verilib, ancaq bu yarışlar zamanı idmançılar arasında ən azı 1 metr ara məsafəsinin saxlanması  şərtilə. Turnirin iştirakçılarından biri olmuş avstriyalı jurnalist Ştefan Löffer yarış haqqında bunları deyib :"Səhiyyə Nazirliyinin icazəsi ilə, biz açıq havada bir məkan seçdik. İndiki vəziyətdə şahmatın necə oynanılacağı çox maraqlı idi. Vyanada kiçik bir parkda yarışı keçirdik. Kənar səslər olsa da, onlar şahmatçıların fikirlərini yayındaracaq qədər ciddi deyildi. Biz cəmi 5 nəfər idik. Dörd iştirakçı və bir hakim. İştirakçıların orta reytinqi 2350 ELO olub. İştirakçılar sağlam idi. Heç kimdə Koronavirusun simptomları yox idi. Oyundan əvvəl hamımız qoruyucu maskalarda idik, lakin oyunlar vaxtı maskaları çıxarmışdıq. Ancaq əlimizdəki əlcəkləri turnirin sonuna qədər çıxarmadıq". 
Turnir 10+5 vaxt nəzarəti ilə keçirildi. Turnir Avstriyada rəsmi status alıb, milli reytinqin hesablanması üçün qəbul olunsa da, FİDE bu yarışın nəticələrinini qeydə almaqdan imtina edib.





скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss