SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Radioda irqçiliklə bağlı bir söz belə səsləndirilməyib!

Bir neçə gündür ki, ölkəmizdə də şahmatsevərlərin diqqətini cəlb edən, güya Avstraliyanın "ABC Sidney" radiosunun efirində şahmatı irqçi oyun adlandırılmasına aydınlıq gətirilib.

Chess.az xəbər verir ki, məsə ilə bağlı Avstraliya Şahmat Federasiyasının vitse-prezidenti Leonid Sandler aydınlıq gətirib. Sandlerin sözlərinə görə, məsələ qəsdən şişirdilib və həmin söhbət heç də hamının bildiyi kimi olmayıb. 
Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə yayılan məlumatlara görə, Avstraliyada yayımlanan "ABC Sidney" radiosunun efiurində şahmatda ilk gediş haqqı ağlarda olduğu üçün, şahmatı irqçi oyun adlandırıblar. Bu məsələ əvvəlcə zarafat kimi qəbul olunsa da, sonradan bu məlumat ciddi rezonans doğurmağa başladı. Leonid Sandler məsəlinin həqiqətən necə olduğunu haqda mətbuata açıqlamasında bunları deyib :
"Radioda çalışan aparıcı, canlı efir zamanı bir uşağın Twitter-dəki ismaricini görür. Uşaq atasına sual verir ki, -Ata niyə şahmatda ilk gedişi ağlar edir? Bu mövzu aparıcıya maraqlı gəlir və o bu sualı müzakirəyə çıxarır. Prodüserlər Con Adams adlı bir həvəskar şahmatçının nömrəsini tapırlar. Adams üç il ərzində federasiyada çalışıb amma indi şahmatdan ayrı düşüb və başqa bir sahədə çalışır. Prodüserlər ona zəng edir və canı efirə qoşulmağı təklif edirlər. Mövzunu soruşan Adams  canlı efirə qoşulmaqdan imtina edir və prodüserlərə federasiyanın başqa bir vitse-prezidenti olan Kevin Bonemin nömrəsini verir. Bonem da öz növbəsində efirə qoşularaq həqiqətən də ağların niyə oyuna başladığını qaydalar çərçivəsində izah edir və bu mövzu elə orda da qapanır . Olan bundan sonra oldu!. Məlum zəngdən bir gün sonra, Con Adams öz Twitter hesabında dünən ona "ABC Sidney" radiosundan zəngin gəldiyini və ona belə bir irqçi sualın verildiyini ilə bağlı paylaşım edir. Mövzunu göydə tutan müxalifyönümlü mətbuat Adamsla əlaqə yaradır və onun açıqlamasını tirajlamağa başlayır. Bu həmçinin onlara iqtidara yaxınlığı ilə seçilən "ABC Sidney" radiosunu tənqid etməyə kömək edir. Bir sözlə "ABC Sidney" radiosunun efirində şahmatın irqçi oyun olmasına dair bir cümlə belə səsləndirilməyib"   скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss