SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Günay bu dəfə Xu Yufana məğlub oldu

Azərbaycanın ən güclü qadın şahmatçısı olan Günay Məmmədzadənin də qatıldığı "Women's Speed Chess Championship" onlayn şahmat superturnirinin ikinci mərhələsi də başa çatdı. 

Təəsüf ki, təmsilçimizin bu dəfə də bəxti gətirməyib. Xüsusilə də püşklə. Birinci mərhələdə 1/8 final mərhələsində eks-dünya çempionu Aleksandra Kostenyuka rəqib olan və 0:11 hesabı ilə məğlub olan Günay, bu dəfə də eyni mərhələdə başqa bir eks-dünya çempiona məğlub oldu. Bu dəfə Günay daha inamlı oyun göstərsə də, hazırda dünyanın ən güclü qadın şahmatçısı olan Xu Yufanı məğlub edə bilmədi. 4.5:5.5. İkinci mərhələnin qalibi isə rusiyalı Valentina Qunina oldu.
Xatırladaq ki, ümumi mükafat fondu 51 200 dollar olan superfinal dörd mərhələdən ibarət olacaq.  Birinci mərhələ 24-28 iyun, ikinci mərhələ 1-5 iyul, üçüncü mərhələ 8-12 iyul, sonuncu mərhələ isə 15-19 iyul tarixlərində keçiriləcək. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss