SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Naxçıvan Olimpiadası rəsmi olaraq təxirə salındı

Naxçıvanda keçirilməsi planlaşdırılan yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası COVİD-19 pandemiyası üzündən təxirə salınıb.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) AZƏRTAC-a verilən məlumata görə, yarışın 2021-ci ildə təşkil olunması qərara alınıb. FİDE-nin qərarına əsasən, 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası bu il oktyabrın 2-dən 12-dək Naxçıvanda keçirilməli idi. Pandemiya üzündən gələn ilə keçirilən yarışın dəqiq tarixləri barədə hələ ki, məlumat verilməyib.
Xatırladaq ki, ötən il Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığması çempionluq sevinci yaşayıb. Milli komanda 16 xal toplayaraq 37 ölkənin təmsilçilərini, o cümlədən Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoymüşdur.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss