SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya Şahmat Olimpiadası başlayır! (CANLI)

Bu gün Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünya idman tarixinin ən böyük onlayn yarışına start verəcək.
CANLI
Rusiyada keçirilməsi planlaşdırılan və COVİD-19 pandemiyası üzündən təxirə salınan Dünya Şahmat Olimpiadasına alternativ olaraq təşkilk olunan Onlayn Şahmat Olimpiadası bu gün start götürəcək. Yarışda 163 ölkənin yığma komandası iştirak edəcək. Yarış 5 divizion üzrə keçiriləcək və avqustun 30-dək davam edəcək. Yarışın reytinq sıraqlamasına görə 6-cı pillədə qərarlaşan yığmamız "TOP Divizionunda" mübarizə aparacaq. Həmin divizionda mübarizə avqustun 19-da başlayacaq. 
Xatırladaq ki, ölkəmizi olimpiadada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli Xanım Balacayeva təmsil edəcəklər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac SəfərliRəhim Qasımov olacaq.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss