SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Yığmamızın rəqibləri bəlli olur (Dünya Şahmat Olimpiadası)

FİDE-nin təşkil etdiyi Ilk Onlayn Dünya Şahmat Olimpiadası davam edir. 

Chess.az xəbər verir ki, artıq olimpiadanın seçmə turnirinin son mərhələsinin oyunları keçirilir. 5-ci diviziondan başlayan seçmə turnirinin artıq 2-ci divizonda davam edir. Beş qrupda davam edən mübarizənin gedişində hələ ki, Almaniya, Slovakiya, Türkiyə, İspaniya və Macarıstan yığmaları öz qruplarında liderlik edirlər.

Qeyd edək ki, hər qrupdan ilk üç yeri tutan komandalar, yığma komandamızın da mübarizə aparacağı "Top Divizona" vəsiqə qazanacaqlar.
Xatırladaq ki, kişilərdən ibarət Azərbaycan yığma komandası birbaşa "Top Divizondan" mübarizəyə qoşulacaq. Həmin divizonda mübarizə avqustun 19-da başlayacaq. Milli komandamız olimpiadada bu heyətlə mübarizə aparacaq:  Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva. Ehtiyat oyunçular siyahısına isə, Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq.

DÜNYA ŞAHMAT OLİMPİADASI
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss