SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan millisi 1/4 finalda!

İlk Onlayn Dünya Şahmat Olimpiadasının "Top Divizionun" qrup mərhələsi başa çatdı.  

Chess.az xəbər verir ki, ilk oyun günündən sonra, şahmat üzrə Azərbaycan yığma komandası "B" qrupunun vahid lideri olsa da, ikinci oyun günündə UkraynaQazaxıstan yığmalarından aldığı məğlubiyyətlər sayəsində 5-ci yerə enmişdir. Qrupda ilk üç yerin taleyi son oyun günündə həll olundu. Dünən keçirdiyi hər üç oyunda inamlı qələbə qazanan yığmamız, qrupdaki digər qarşılaşmaların nəticələrindən sonra qrupda birinci pilləni tutmağa müvəffəq oldu. 
Beləliklə millimizi qrup lideri kimi birbaşa 1/4 final mərhələsinə vəsiqə qazandı. Qrupda 2 və 3-cü yeri tutan MacarıstanUkrayna yığmaları isə, 1/4 final mərhələsinə qatılmaq üçün əlavə pley-off mərhələsinə qatılacaqlar. Yığmamızdan başqa  Rusiya, HindistanABŞ yığmaları da birbaşa olaraq 1/4 final mərhələsində iştirak etmək hüququnu qazandılar.   


"A" qrupu: 1.Hindistan 17, 2.Çin 16, 3.Almaniya 11, 4.İran 9, 5.Monqolustan 8, 6.Gürcüstan 8, 7.İndonseziya 8, 8.Özbəkistan 7, 9.Vyetnam 6, 10.Zimbabve 0.

"B" qrupu: 1.Azərbaycan 14, 2.Macarıstan 14, 3.Ukrayna 13, 4.Qazaxıstan 13, 5.İspaniya 13, 6.Nederland 9, 7.Slovakiya 8, 8.Fransa 4, 9.Norveç 2, 10.CAR 0.

"C" qrupu: 1.Rusiya 18, 2.Bolqarıstan 13, 3.Ermənistan 12, 4.Rumıniya 12, 5.Xorvatiya 11, 6.İngiltərə 10, 7.Türkiyə 7, 8.Misir 5, 9.Mərəkeş 2, 10.Əlcəzair 0.

"D" qrupu: 1.ABŞ 15, 2.Yunanıstan 15, 3.Polşa 13, 4.Peru 12, 5.İtaliya 10, 6.Kanada 7, 7.Braziliya 5, 8.Argentina 5, 9.Kuba 5, 10.Paraqvay 3.

21 AVQUST: Azərbaycan-Nederland 3.5:2.5, Azərbaycan-Macarıstan 5:1, CAR-Azərbaycan 0.5:5.5
22 AVQUST: Azərbaycan-Ukrauna, Slovakiya-Azərbaycan, Azərbaycan-Qazaxıstan
23 AVQUST: İspaniya-Azərbaycan 2:4, Azərbaycan-Norveç 5.5:0.5, Fransa-
Azərbaycan 2.5:3.5


Xatırladaq ki, milli komandamız olimpiadada bu heyətlə mübarizə aparır:  
1.Şəhriyar Məmmədyarov, 2.Teymur Rəcəbov, 3.Günay Məmmədzadə, 4.Gülnar Məmmədova, 5.Vüqar Əsədli, 6.Xanım Balacayeva
Ehtiyat oyunçular:
1.Rauf Məmmədov, 2.Qədir Hüseynov, 3.Türkan Məmmədyarova, 4.Ülviyyə Fətəliyeva, 5.Aydın Süleymanlı, 6.Gövhər Beydullayeva.

Komandamızın kapitanları isə Eltac Səfərli  Rəhim Qasımovdur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss