SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"İddaçılar turniri" yenidən təxirə salınır?

Xəbər verdiyimiz kimi FIDE təşkilatçılar və şahmatçılarla aparılan məsləhətləşmələrdən sonra, yarımçıq dayandırılan "İddiaçılar Turniri"-ni noyabrın 1-dən etibarən davam etməsinə qərar vermişdi.

COVİD-19 pandemiyası üzündən bu ilin mart ayında 7-ci turun oyunlarından sonra dayandırılan "İddiaçılar Turnirinin" birinci dövriyyəsi Rusiyanın Yekaterinburq şəhərində keçirilmişdir. FİDE-nin verdiyi qərara əsasən yarışın ikinci hissəsini də məhz bu şəhərdə keçirmək nəzərdə tutulurd. Ehtiyat variant kimi isə,  Gürcüstanın paytaxtı Tiflis şəhərini təin edilmişdir. Amma həm Rusiyada (xüsusilə də Yekaterinburqda),  həm də Gürcüstanda Koronavirusa yoluxanların sayının sürətlə artması "İddiaçılar Turnirinin" qalan hissəsinin keçirilməsini yenidən sual altına alır. Hər iki ölkədə aviareyslərin demək olar ki, bərpa olunmaması və bundan əlavə ölkələrdə davam edən ağır sanitar-epidimiolojı vəziyyət FİDE-ni yenidən pis duruma sala bilər. Hətta yaxın günlərdə Ali Şahmat qurumunun "İddiaçılar Turnirini" yenidən təxirə sala biləcəyi ilə bağlı məlumatlar yayılmaqdadır.  

Qeyd edək ki, birinci dövriyyədən sonra, turnir cədvəlinə aktivlərində 4.5 xalları olan fransız Maksim Vaşye-Laqraf və rusiyalı Yan Nepomnyaşiy liderlik edirdilər. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss