SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan Avropa ikincisi oldu!

Xəbər verdiyimiz kimi sentyabrın 20-də müxtəlif yaş qrupları üzrə yeniyetmə şahmatçılar arasında Onlayn Avropa çempionatı başa çatmışdır.

  Azərbaycan təmsilçiləri qitə birinciliyində kifayət qədər uğurlu çıxış etmişdirlər. 12 yaşadək şahmatçılar arasında yarışda 9 yaşlı Cahandar Azadəliyev Avropa Çempionatının qızıl medalının sahibi, 18 yaşadək qızların yarışında isə, Ləman Hacıyeva bürünc medalın sahibi olmuşdular. Bundan əlavə üç şahmatçımız medaların bir addımlığında olublar və nəticədə dördüncü yer tutublar. Şahmatçılarımızın göstərdiyi uğurlu nəticələr ümumi hesabda da öz əksini tapıb. Belə ki, yığmamız 18 xalla ümum i hesabda 2-ci olmağa bacardı. Ən yaxşı nəticə isə Rusiya yığmasında aiddir. Ruslar 30.5 xalla birinci olublar. 26 xalları olan Almaniyə və Ermənistan yığmaları 3-4-cü pillələri bölüşüblər.  


"Open"
1.Rusiya   30.5
2.Azərbaycan 28
3-4.Almaniya  26
3-4.Ermənistan 26


"Qızlar"
1.Rusiya 29
2.Almaniya 25.5
3.Nederland 24.5



Şahmatçılarımızın nəticələri : 

U-12: 1.Cahandar Azadəliyev. 7.Əhməd Xəqan, 91.Fərid Orucov.
U-12 (qızlar): 11.Nərmin Abdinova. 39.Lalə Hüseynova, 47.Leyla Budaqova.
U-14: 4.Read Səmədov, 37.Ümid Aslanov, 64.Hüseyn Seid. 
U-14 (qızlar): 29.Səmra Qasımova, 30.Nazlı Hümbətova 34.Aysel Cəfərova. 
U-16: 4.Əhməd Əhmədzadə, 6.Aydın Süleymanlı, 24.Xəzər Babazadə. 
U-16 (qızlar): 11.Səbinə Rzalı, 27.Mələk İsmayıl, 30.Nəsrin Babayeva.   
U-18: 11.Abdulla Qədimbəyli, 14.Məhəmməd Muradlı, 23.Sadiq Məmmədov. 
U18 (qızlar):
 3.Ləman Hacıyeva, 4.Gövhər Beydullayeva, 21.Ayan Allahverdiyva.  скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss