SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dvorkoviçə də bir söz demək olmur. (Rəcəbovdan sonra Vanq Xao da radara düşdü)

Teymur Rəcəbovdan sonra "İddiaçılar turnirinin" daha bir iştirakçısı FİDE-nin prezidenti Arkadiy Dvorkoviçin qəzəbinə tuş gəldi.

Bu dəfə söhbət çinli şahmatçı Vanq Xaodan gedir. Bir neçə gün öncə Xao Ali şahmat qurumunun rəhbəri Arkadiy Dvorkoviçə müraciət edərək, noyabrın 1-də başlaması nəzərdə turulan "İddiaçılar turnirinin" ikinci dövriəsini hazırki vəziyyətdə bərpa etmək məqsədə uğun olmadığını bildirib. Xao öz məktubunda turnirin bərpasına bir aydan az vaxt qalmasına baxmayaraq FİDE-nin yarışı hansı şəhərdə keçirilməsinə hələ də dəqiq qərar verməməsi (Yekaterinburq və ya Tbilisi) şahmatçıların hazırlığ prossesinə ciddi təsir göstərəcəyini və dünyada davam edən COVİD-19 pandemiyasının hələ də səngimədiyini bildirib. Cavab özünü çox gözlətmədi.  Dvorkoviç ona tanış olan tərzdə "Mən belə başa düşdüm ki, siz turnirdən imtina edirsiz?" sualını meil vasitəsilə ünvanlayıb. Çinli şahmatçı FİDE-nin bu gözlənilməz və hədələyici cavabı öz Feysbuk hesabında paylaşaraq geniş ictimaiətə təqdim edb.
Xatırladaq ki, ilin əvvəlində "İddiaçılar turnirinin" daha bir iştirakçısı olan həmyerlimiz Teymur Rəcəbov da  FİDE-yə analoji müraciət etmişdir və FİDE-dən ona da  "oynamaq istəmirsən, oynama" tipli cavab vermişdi. Həmin məsələ çox böyümüşdür, demək olar bütün şahmat ictimaiəti Teymurun haqlı mövqeyini müdafiə etsə də, sonda FİDE onu "İddiaçılar turnirinə" buraxmayaraq əvəzinə fransız Maksim Vaşye-Laqrafı dəvət etmişdir.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss